“WhatsApp”da yeni funksiya ilə bağlı detallar

08:44 31-03-2023 | icon 345 | Maraqlı
“WhatsApp”da yeni funksiya ilə bağlı detallar

“WhatsApp”ın beta versiyasında “Newsletter” (xəbər bülleteni) xüsusiyyəti görünüb.

 

Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında elan edilmişdi. İndi isə yenilənmə barədə bəzi detallar aydın olub.

 

Məlum olub ki, yeni xüsusiyyət istifadəçilərə abunə ola biləcəyi xəbər lenti yaratmaq imkanı verir.

 

Bundan başqa, xəbər bülleteninə başlıq və təsvir qoyulacaq. Bundan sonra o, status bölməsində görünəcək.

 

Digər istifadəçilər dəvət linkindən istifadə edərək, yaxud da “WhatsApp”da istifadəçi adını daxil etməklə bura qoşula bilərlər.

 

Xəbər bülletenləri istəyə bağlı olacaq, yəni iştirak öhdəliyi yoxdur, eyni zamanda abunəliyi ləğv etmək mümkündür, alqoritmik tövsiyələr olmadığı üçün isə “WhatsApp” heç bir yeni xəbər bülleteni təklif etməyəcək.

 

Bundan əlavə, funksiya sosial şəbəkə ilə əlaqəli deyil, çünki o, sadəcə şəxsi mesajlaşmanın genişləndirilməsidir və ismarışlar “başdan-sona” (“end-to-end”) şifrələmə xidməti ilə qorunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ