Süni intellektin dayandırılması üçün imza toplandı

08:47 31-03-2023 | icon 312 | Maraqlı
Süni intellektin dayandırılması üçün imza toplandı

Mindən çox alim və mütəxəssis süni intellektin dayandırılması ilə bağlı məktub imzalayıb.  

 

Məktubda süni intellekt modellərinin hazırlanmasında aparılan rəqabət riskləri barədə xəbərdarlıq edilir, həmçinin bununla bağlı fəaliyyətlərin 6 ay müddətinə dayandırılması tələb olunur.

 

Məktub Gələcəyin İnstitutu (Institute for the Future of Life) tərəfindən dərc olunub.

 

“Güclü süni intellekt sistemləri yalnız onların təsirinin müsbət olacağına və risklərinin idarə edilə biləcəyinə əmin olduğumuz zaman inkişaf etdirilməlidir. Bu sistemlər düzgün, etibarlı, şərh edilə bilən, şəffaf, dayanıqlı, uyğun və təhlükəsiz olmalıdır”, - deyə məktubda qeyd edilir.

 

Məktubu imzalayanlar arasında “Twitter”in sahibi İlon Mask, “Apple”ın həmtəsisçisi Stiv Voznyak və transhumanist tarixçi Yuval Noah Harari kimi məşhur adlar da var.

 

“Əgər bu tez bir zamanda tənzimlənməzsə, hökumətlər işə qarışmalı və süni intellektin dayandırılmasına başlanmalıdırlar”, - deyə məktubda vurğulanıb.

 

Mask uzun müddətdir süni intellektin təhlükələri barədə xəbərdarlıq edir. O bildirib ki, süni intellektin insanları geridə qoyacağı nöqtə 2025-ci ildə gələcək və o zaman insanlar superkompüterlərin ev heyvanlarına çevrilmə riski ilə üzləşəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ