Aprel, II Qarabağ döyüşçüsü, ŞƏHİDin Şiyarətində

14:09 31-03-2023 | icon 1125 | Şəhidlər və şahidlər
Aprel, II Qarabağ döyüşçüsü, ŞƏHİDin Şiyarətində

 

Versus.az  xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev Xızı rayonu Şuraabad kəndində şəhid Cəfərov Elməddin Hümbət oğlunun ailəsini ziyarət edib.

 

Vitse-spiker şəhidimizin ailəsi ilə söhbət zamanı Elməddin Cəfərovun aprel döyüşlərində və torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak etməsinin gənc nəsil üçün örnək təşkil etdiyini diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq, həm tarixi torpaqlarımızı işğaldan azad etdiyini, həm də beynəlxalq ədaləti bərqərar etdiyini deyən vitse-spiker bu tarixi Qələbəyə görə məhz şəhidlərimizə borclu olduğumuzu bildirib. Adil Əliyev şəhid ailələrinin və qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu xatırladıb.

 

Qeyd edək ki, Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Elməddin Cəfərov 2020-ci il oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Baş gizir Elməddin Cəfərov  Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyev tərəfindən "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.

 

Ləman

Versus.azı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ