“Antiterror əməliyyatının başlanmasına dair konkret vaxt qoyulmalıdır”

09:01 03-04-2023 | icon 272 | Qarabağ
“Antiterror əməliyyatının başlanmasına dair konkret vaxt qoyulmalıdır”

 

 “Son əməliyyatdan sonra Xankəndi-Laçın yoluna nəzarət imkanlarımız genişlənib. Bu yol boyunca bütün ərazilər artıq Azərbaycan ordusunun qəti nəzarəti altındadır. Lakin bununla belə Azərbaycan Konstitusiyasının tələblərinə və müharibədən sonra imzalanan  üçtərəfli sazişin bəndlərinə əsasən zəruri addımları atmaqda davam etməlidir və edir”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Ramin Məmmədov Laçın yolu istiqamətində cərəyan edən proseslər, “humanitar yol” bəhanəsi ilə ermənilərin ərazilərimizdə törətdiyi hərbi təxribatlar, öz dövlət təhlükəsizliyinin təminatı baxımından o ərazilərdə nəzarət – buraxılış məntəqəsinin yaradılması və ölkə başçısının müharibənin ilk günlərindən dediyi fikirlərin bu günkü icraasının addım-addım gerçəkləşməsinə diqqət çəkərkən qeyd edib.

 

 

Ekspert bildirib ki, mart ayının ilk həftəsindən başlayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa Ermənistandan daşınan silah-sursat, sülhməramlıların nəzarət missiyasında olan yerlərdə istehkamların qurulması və hərbi təlimlər keçən erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə son qoyulmalıdır və son əməliyyat erməni və havadarlarına növbəti mesaj oldu. Onun sözlərinə görə, Azərbaycan tərəfi bir neçə strateji yüksəkliklərə nəzarəti öz əlinə keçirməklə hədəfə yaxınlaşıb.

 

Ekspert qeyd edib ki, 2020-cil il 10 noyabr sazişindən sonra Azərbaycan Ali Baş Komandanı 1 güllə atılmadan erməni silahlılarının Ağdam, Kəlbəcər, Laçın ərazisindən çıxarılmasını təmin etdi. Amma ermənilər Laçın istiqamətində onlara verilən humanitar yoldan sui-istifadə edərək, yenidən Qarabağdakı mövqelərdə möhkəmlənmək və hərbi texniki, şəxsi heyət və müdafiə sistemlərinin formalaşdırılması ilə bağlı işlərini davam etdirdilər. Bu müddət ərzində müharibədən sonra həmin ərazilərdə yerləşən Ermənistan Müdafiə Nazirliyinin əlahiddə ümumqoşun hərbi  birləşmələri də öz hazırlıqlarını aparıb. Kəlbəcərin və Ağdamın təhvil verilməsində ermənilər  bir qədər vaxtın uzadılmasını istəmişdilər. Həmin dövrdə erməni hərbi hissələrinin bir hissəsi Ağdərə və Xocavənd istiqamətinə, Ağdamdakı hərbi hissələr Ağdaban Xocalı istiqamətində yerləşdirilib.  Təxminən 4 ay əvvəl isə Ermənistan həm Azərbaycanla sərhəddə 400 km məsafədə yeni mühəndis müdafiə xəttinin qurulması prosesinə, həm də Qarabağın dağlıq hissəsində ermənilərin sıx yaşadığı, rus sülhməramlıların müvəqəti nəzarətində olan ərazidə mühəndis istehkam işlərini, yəni səngər və müdafiə xəttinin qurublar.

R.Məmmədov hesab edir ki, Laçın istiqamətində son sözügedən əməliyyat Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla, heç bir itki verilmədən həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi, strateji yollar nəzarətə götürülüb.

Onun fikrincə, bu gün Azərbaycanın mövcud vəziyyətdə atacağı yeganə əsas addım Ermənistanı 10 noyabr sazişinin 4-cü bəndini yerinə yetirməyə məcbur etməkdir.

 

“Erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır. Bu tələb çox ciddi şəkildə irəli sürülməlidir. İkinci məsələ bunun icrası ilə bağlıdır. Ermənilərə müddət qoyulmalıdır. Əgər icra olunmayacaqsa Azərbaycan Ermənistan ərazilərimizdə qalan hərbi birləşmələrin bölmələrinə, həmçinin  erməni separatçılarının məhv edilməsi ilə bağlı əməliyyar keçirməli, hərbi bazaları aviasiya, raket sistemlərinin köməyi ilə məhv edilməlidir.  Digər bir tərəfdən, nəhayət, Azərbaycan bu günlərdə Ermənistanın öz məkirli niyyətini həyata keçirmək üçün istifadə etdiyi Laçın yolu üzərindən nəzarət buraxılış məntəqısinin qurulması ilə bağlı zəruri addımları atmalıdır.

Azərbaycan  elə bir addım ata bilər ki, ermənilərin və sülhməramlıların bu gün düşdüyü çıxılmaz vəziyyəti daha da gərginləşsin və  Azərbaycanın tələblərini icra etmək məcburiyyətində qalsınlar və Rusiya da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləsin. Bütün hallarda regionda sülh yaratmaq üçün antiterror əməliyyatınıb başlanmasına dair konkret  müddət qoyulmalıdır. Hər kəs bir daha anlamalıdır ki, Prezidentin Laçında dediyi fikirlər addım-addım həyata keçiriləcək”.

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ