Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

11:13 05-04-2023 | icon 331 | İqtisadiyyat
Azərbaycanda dünyanın ən uzun tunellərindən biri inşa olunur

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 40-a yaxın avtomobil yolu inşa olunmaqdadır”.

 

Bu barədə çərşənbə axşamı “Trend”ə “Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.

 

Onun sözlərinə görə, avtomobil tunellərinin əsas hissəsi Şuşa şəhəri istiqamətində inşa olunan yollarda cəmlənib.

 

“Gəncə şəhərini Kəlbəcərlə birləşdirəcək ən uzun tunelin uzunluğu 11 638 metrdir. Bu, dünyadakı ən uzun tunellərdən biri olacaq. İnşasının 2025-ci ilin sonunadək tamamlanması gözlənilir”, - o deyib.

 

A.Aygen “Proyapı” şirkətinin Azərbaycanda avtomobil yollarının tikintisi və layihələndirilməsi sahəsində təqribən 50 layihə həyata keçirdiyini vurğulayıb.

 

Qeyd edək ki, Gəncə şəhəri ilə Kəlbəcəri birləşdirəcək avtomobil yolunda inşa olunan tunel Murovdağ silsiləsindən keçəcək. Tunelin təməli 21 avqust 2021-ci ildə qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ