İntihar edən şagird ilə bağlı yeni DETALLAR

18:27 06-04-2023 | icon 304 | Təhsil
İntihar edən şagird ilə bağlı yeni DETALLAR

“Əmisi də ötən il özünə qəsd edib”

 

Salyan rayonunun Qızılağac kəndində səkkizinci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu intihar edib. 

 

Hadisə ilə bağlı “Unikal”a danışan Qızılağac kənd bələdiyyə sədri Bünyad Yolçuyev bildirib ki, yeniyetmə axşam saatlarına yaşadıqları evində özünə qəsd edib:

 

“Mirələm Qızılağac tam orta məktəbinin 8-ci sinif şagirdi idi. İntihar etməmişdən əvvəl dostları ilə birlikdə məhəllədə futbol oynayıb. Daha sonra isə evinə qayıdaraq intihar edib. Mirələmin psixi problemləri olub. Onun ölüm səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”. 

 

B.Yolçuyevin sözlərinə görə, Mirələm Cavadzadənin ötən il əmisi də intihar edibmiş:

 

“Əmisi ailə problemlərinə görə özünə qəsd edib. O, intihar etməmişdən öncə atasına, yaxın qohumlarına özünü öldürəcəyi barəsində məlumat vermişdi. Çox heyif ki, o da yaşadıqları evdə özünü asaraq həyatına son qoymuşdu”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ