Kristina Aqileranın uşaqlıq travması

09:50 07-04-2023 | icon 365 | Şou-biznes
Kristina Aqileranın uşaqlıq travması

Müğənni Kristina Aqilera hələ də uşaqlıq travmasından əziyyət çəkdiyini etiraf edib.

 

“Birinin - sevdiyin birinin incidiyini görəndə elə sarsılırsan ki... Anama yazığım gəlir, 42 yaşımda hələ də mən bu hisdən əziyyət çəkirəm. Travma səni heç vaxt tərk etmir, sadəcə onu sağaltmağa çalışmağın yollarını tapırsan”, - deyə ifaçı bildirib.

 

İfaçı atasının anasını necə döydüyünü tez-tez gördüyünü vurğulayıb.

 

Ulduzun sözlərinə görə, bu xatirələr onun yaddaşında aydın şəkildə həkk olunub, ona görə də indi o, məsələn, filmdəki məişət zorakılığı səhnəsinə son dərəcə şiddətli reaksiya verir.

 

Aqilera etiraf edib ki, o, məişət zorakılığı mövzusunda ictimaiyyət qarşısında çıxış edərək travmanın mənfi təsirini minimuma endirməyə çalışır. İfaçı qeyd edib ki, dünyada nə qədər qadının qorxudan və ya maddi sıxıntıdan məişət zorakılığına dözmək məcburiyyətində qaldığını anlayanda qəlbi qırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ