Toyuqları qorxudaraq öldürdü

07:05 10-04-2023 | icon 251 | Maraqlı
Toyuqları qorxudaraq öldürdü

Çin sakini qonşusunun mindən çox toyuq-cücəsini qorxudan öldürüb və 6 ay müddətinə həbs olunub.

 

Bu barədə Henqyan məhkəməsinin qərarına istinadən məlumat yayılıb.

 

Məlumata görə, Qu adlı şəxs 1100 toyuğu qorxudaraq öldürməkdə təqsirli bilinib. Hadisə 2022-ci ilin aprelində kişinin qonşusu Çjun ilə mübahisəsindən sonra baş verib. Müttəhimin sözlərinə görə, Çjun Quya məxsus ərazidə icazəsiz ağacları kəsib.

 

Məhkəmə müəyyən edib ki, çinli kişi gecələr bir neçə dəfə Çjunun toyuq fermasına yollanıb. Qunun əlindəki fənər quşları təşvişə salıb. Toyuqlar qorxudan bir küncə sıxışaraq yaranan izdihamda tələf olublar.

 

İlk dəfə Qunun gecə reydi nəticəsində 500 toyuq ölüb. Bundan sonra polis onu saxlayaraq qonşusuna 3000 yuan (436 dollar) təzminat ödəməyi tələb edib. Bununla belə, Qu yenidən tövləyə girib və daha 600-dən çox toyuğun ölümünə səbəb olub.

 

Nəticədə Çjuna dəymiş ziyan məhkəmə tərəfindən 13.840 yuan (2015 dollar) dəyərində qiymətləndirilib. Qu 1 il sınaq müddəti olmaqla 6 ay həbs cəzasına məhkum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”