"Mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır”

13:40 11-04-2023 | icon 218 | Mədəniyyət
"Mühafizəçi aktyorlardan iki-üç dəfə çox maaş alır”

“Elm və Təhsil Nazirliyinin işçilərinin 90 faizi teatrların yerlərini bilmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib.

 

Onun sözlərinə görə, Mədəniyyət və İncəsənət Universiteti və digər mədəniyyət müəssisələri Mədəniyyət Nazirliyinin balansına verilsə, daha yaxşı olar.

 

O bildirib ki, əvvəllər Mədəniyyət Nazirliyinə gedən zaman elə bil gömrük məntəqəsindən keçirirdilər:

 

“Nə biz onları tanıyırdıq, nə də onlar bizi. Amma indi vəziyyət dəyişib”,- deyə o qeyd edib.

 

O əlavə edib ki, özəl müəssisələrdə qapıda duran mühafizə xidmətinin əməkdaşları aktyorlardan iki-üç dəfə artıq maaş alırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi