“Qarabağ”, “Sabah” və “Səbail”i cərimələndi

13:52 11-04-2023 | icon 198 | İdman
“Qarabağ”, “Sabah” və “Səbail”i cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXIX turunda yaşananlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Səbail” - “Sabah” oyununda qonaqların dörd futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə olunub.

 

“Səbail” - “Sabah” oyununda qonaqların futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə bir oyun cəzalanıb, klub 200 manat cərimələnib.

 

“Səbail” - “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə bir oyun cəzalanıb, klub 800 manat cərimə edilib.

 

“Səbail” - “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə meydan sahibi 1 600 manat cərimə olunub.

 

“Qarabağ” - “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə meydan sahibi 1 600 manat cərimə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ