Bərdədə 4 maşın toqquşub, 5 nəfər xəsarət alıb

18:42 14-04-2023 | icon 225 | Hadisə
Bərdədə 4 maşın toqquşub, 5 nəfər xəsarət alıb

Bərdədə 5 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

 

“Trend”in yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqurdalı kəndi ərazisində qeydə alınıb.

 

Yüksək sürətlə hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü Ərəstun Həsən oğlu Mehdiyev idarəetməni itirərək hərəkətdə olan VAZ-2109 və VAZ-2121 (“Niva”) markalı minik avtomobillərinə, daha sonra isə yol kənarında dayanmış vəziyyətdə olan “Mercedes-Benz Atego” markalı yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində 5 nəfər - 13 yaşlı Həsən Ərəstun oğlu Mehdiyev, 17 yaşlı Fidan Zöhrab qızı Teymurova, 56 yaşlı Elşən Xəlil oğlu Vəliyev, 37 yaşlı Fariz Altay oğlu Qasımov, 43 yaşlı Şamxal Vaqif oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ