Erməninin faşist siması -Azərbaycan bayrağı yandırılıb

08:51 16-04-2023 | icon 257 | Cəmiyyət
Erməninin faşist siması -Azərbaycan bayrağı yandırılıb

 

 

14 aprel 2023-cü il tarixdə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

 

Versus.az xəbər verir ki, "İnsan Hüquqları İnkişafı və Maarifləndirmə Mərkəzi" İctimai Birliyi bu barədə məlumat yayıb.

 

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribatı kimi ölkəmizə qarşı nifrət hissi olaraq, dövlət bayrağımıza qarşı bu xoşagəlməz cinayəti kəskin şəkildə pisləyərək etiraz edirik.

 

Ermənistan məhz bu vandal davranışı ilə bir daha dünya ictimaiyyətinə qarşı hörmətsizlik nümayiş etdirməklə öz iç üzünü açıq şəkildə  göstərmişdir.

 

Bu hərəkət təkcə Azərbaycan Respublikasına  qarşı deyil, bütövlükdə bütün sivil dövlətlərə və xalqlara ünvanlanmış bir mesajdır.

 

Çox təəsüf ki, hələ də dünyaya özlərini yazıq, soyqırıma məruz qalmış xalq kimi təqdim edən ermənilərin əsl üzlərini görüb olduqları kimi qiymətləndirmək əvəzinə, hələ dünya birliyi bu cür haqsızlığa dözür, səbr edir.

 

Vaxtında bu cür halların qarşısı alınmazsa gələcəkdə daha ağır nəticələrə səbəb olan hadisələr qaçılmaz olacaq.

 

Tələb edirik ki, Ermənistanın beynəlxalq yarışların və turnirlərin keçirilməsi ilə bağlı bütün hüquqlarına veto qoyulsun.

 

Azərbaycan bayrağını yandıran Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın.

Rəsmi şəkildə Ermənistan Azərbaycan dövlətindən və xalqından üzr istəsin.(rezonans.z)

 

Ləman

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR