Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

12:07 17-04-2023 | icon 242 | Hadisə
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.

 

İdarədən Versus.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.

 

"Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir", - məlumatda qeyd olunub..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ