Kreml erməni dövlətçiliyinin ləğvini anons etdi: Ermənistan Rusiya ərazisidir

19:52 17-04-2023 | icon 345 | Geopolitika
Kreml erməni dövlətçiliyinin ləğvini anons etdi: Ermənistan Rusiya ərazisidir

Kreml hesab edir ki, Ermənistan keçmiş SSRİ-dən ayrılarkən, hüquqi prosedurlarda ciddi səhvlərə yol verib, bu prosesi sona çatdırmağa nail olmayıb... Ona görə də, Ermənistan əslində, beynəlxalq hüquq normaları baxımdan, mübahisəli ərazidir, keçmiş SSRİ-nin varisi olan Rusiyaya məxsusdur...  

 

Ermənistana qarşı təzyiqlərin artmaqda olduğu müşahidə olunur. Rəsmi İrəvanın ABŞ və Qərblə Rusiya arasındakı amansız savaş üzərindən qurduğu “regional oyunlar” indi Ermənistanı “geopolitik labirintə” salıb. Ermənistan hər iki tərəfdən ardıcıl zərbələr almağa başlayıb. Və bu, yaxın gələcəkdə Ermənistan dövlətçiliyinin sonunu gətirə bilər.

 

Hazırda rəsmi İrəvan bu iki nəhəng güc arasında vurnuxmaqla məşğuldur. Ancaq münasubətlər sistemi o qədər qəlizləşib ki, Ermənistanın bu situsiyadan çıxmaq şansı sözün əsl mənasında, möcüzəyə qalıb. Halbuki beynəlxalq siyasət məkanında möcüzələr demək olar ki, heç vaxt baş vermir. Və bu baxımdan, Ermənistanın indi dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşəcəyi dövrə hazırlaşması daha doğru olardı.

 

Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistandan Rusiya ilə münasibətlərdə məsafə saxlamağı tələb edir. Üstəlik, rəsmi İrəvanın üzərinə Rusiyanın patronajlığı altında olan KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmaq öhdəliyi də qoyulub. Paşinyan hakimiyyəti isə ABŞ və Qərbin bu tələb-şərtlərini qəbul edib.

 

İndi məlum olur ki, əslində, rəsmi İrəvan ABŞ və Qərbi aldatmağa çalışıb. Paşinyan hakimiyyəti rəsmi açıqlamalarda Rusiyanı ittiham edib, Ermənistanın KTMT-dan çıxmaq niyyətinə müxtəlif eyhamlar vurub. Səhnə arxasındasa, Rusiya ilə anlaşmağa nail olub. Yəni, Kremllə razılıq əldə olunub ki, Ermənistan Rusiyadan uzaqlaşmaq və KTMT-dan çıxmaq barədə görüntü yaradacaq.

 

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

 

Ancaq Paşinyan hakimiyyəti bütün bu manipulyasiyalara paralel olaraq, Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaqda dəstək verəcəyini də vəd edib. Nə qədər qəribə də olsa, rəsmi İrəvan ABŞ və Qərb qarşısında götürdüyü öhdəliklərin heç birisinə sadiq qalmayıb. Kremlə Rusiyanın sanksiyalardan yayındırılması ilə bağlı verdiyi dəstək vədini isə yerinə yetirib. Və Ermənistanın Avropa ölkələrindən idxal etdiyi 2,5 milyard dollarlıq elektrotexniki avadanlıqları Rusiyaya ixrac etməsi də bunu təsdiqləyir.

 

Təbii ki, ABŞ və Qərb Ermənistana bu “paralel ixrac” prosesini dərhal dayandırmağı tələb edir. Hətta Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa yardım etmiş bəzi Ermənistan şirkətlərinə sanksiyaların tətbiqinə də başlanılıb. Yəni, ABŞ və Qərb Ermənistana ciddi xəbərdarlıq mesajları verir və rəsmi İrəvan artıq bununla hesablaşmaq məcburiyyətində qalıb. Və Paşinyan hakimiyyəti tədricən Rusiyanın blokadasına qatılmağa başlayıb.

 

Ona görə də, bütün bunların nəticələri Rusiya-Ermənistan münasibətlərində açıq şəkildə hiss edilməkdədir. İndi Kreml Paşinyan hakimiyyətinin Rusiya əleyhinə yönəlmiş davranışlarına əvvəlki kimi səbrlə yanaşmağa ehtiyac duymur. Əksinə, Rusiya Ermənistanın ABŞ və NATO ilə hərbi təlimlərə qatılmaq niyyəti ilə bağlı rəsmi izahat tələb edir. Eyni zamanda, Ermənistana Rusiyanın hesabına dövlət ola bildiyi daha tez-tez xatırladılır.

 

Məsələ ondadır ki, son vaxtlar Rusiya mətbuatında Ermənistanın “tarixi” barədə materiallara xüsusi diqqət yetirməyə başlayıblar. Belə ki, ermənilərin Cənubi Qafqazda “minillk mövcudluğu” barədə uydurmalar Rusiya mətbuatında tarixi faktlarla təkzib olunur. Ermənilərin 1828-ci ildə Rusiya imperiyası tərəfindən Cənubi Qafqaza – Azərbaycan ərazilərinə köçürüldüyü gündəmə gətirilir. Ermənistan dövlətinin məhz Azərbaycan xanlıqlarından biri olan İrəvan xanlığı ərazsində süni şəkildə yaradıldığı vurğulanır. Keçmiş SSRİ dönəmində Zəngəzur da daxil olmaqla, bəzi Azərbaycan ərazilərinin Ermənistan SSR-in tərkibinə verildiyi qabardılır.

 

KMO_085447_10132_2_t218_222111.jpg (44 KB)

 

Bütün bunlar Kremlin Ermənistana sərt xəbərdarlıq mesajıdır. Əgər, rəsmi İrəvan bütün bunlardan Kremlin istədiyi nəticələri çıxartmazsa, Ermənistan üçün daha təhlükəli proseslərin başlaya biləcəyinə də eyhamlar vurulmaqdadır. Belə ki, hazırda Ermənistanın müstəqil dövlət kimi statusu Rusiya siyasi dairələrində ciddi şəkildə müzakirə mövzusuna çevrilib. Və bu baxımdan, Kremlin Ermənistanın dövlət statusunu ləğv etmək niyyətinə düşə biləcəyi qətiyyən istisna deyil.

 

Maraqlıdır ki, Kreml Rusiyanın Ermənistan ərazisinə olan açıq iddiasını bu dəfə Dövlət Dumasının deputatı Yevgeni Fyodorovun dili ilə gündəmə gətirib. Belə ki, rus deputat Ermənistanın Kremlə xəyanət edəcəyinin, ABŞ və NATO ilə Rusiyaya qarşı savaşda alətə çevriləcəyinin hələ 1991-ci ildən məlum olduğunu vurğulayıb. Və rəsmi İrəvana açıq şəkildə xəbərdarlıq edib.

 

Onun fikrincə, rəsmi İrəvan bundan sonra atacağı addımların nəticələri barədə daha dəqiq düşünməyə çalışmalıdır. Əks halda, Kreml Ermənistanın müstəqilliyinin ləğv edilməsi barədə qərar vermək hüququndan istifadə etmək məcburiyyətində qala bilər. Rus deputat xatırladıb ki, Ermənistan keçmiş SSRİ-nin tərkibindən çıxarkən ciddi hüquqi prosedur səhvlərinə yol verib.

 

1828125439_0_225_3070_1952_1920x0_80_0_0_03f34e23208fa45baea52bd089185c08.jpg (147 KB)

 

Deputat Yevgeni Fyodorov hesab edir ki, Rusiya həmin mərhələdə baş verənləri təftiş etmək məcburiyyətində buraxılarsa, Ermənistan adlı dövlət xəritədən silinəcək: “Ermənistanın keçmiş SSRİ-dən ayrılması ilə bağlı hüquqi prosedur sona çatdrılmayıb. Ona görə də, əslində, Ermənistan hələ də keçmiş SSRİ-nin tərkib hissəsi statusunu itirməyib və deməli, müstəqil dövlət sayıla bilməz”.

 

Rus deputat keçmiş SSRİ artıq dağılmış olsa da, Rusiya mövcud olduğunu xatırladıb:

“Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. Bu baxımdan, keçmiş SSRİ-nin tərkibindən hələ tam çıxmamış Ermənistan da əslində, Rusiyanın ərazisdir. Bu baxımdan, beynəlxalq hüquq normaları nəzərə alındıqda, Ermənistan müstəqil dövlət deyil, mübahisəli ərazidir. Rusiya beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan ərazisinə iddia etmək haqqını hələ də qoruyur”.

 

Göründüyü kimi, Kreml beynəlxalq hüquq normalarını gündəmə gətirərək, Ermənistan dövlətçiliyini ləğv etmək niyyətini qabardır. Daha doğrusu, rəsmi İrəvana Rusiyanın əleyhinə davaranışların mümkün nəticələrini qabardır. Və Kreml Ermənistanı Rusiyanın ərazisinə qata biləcəyini gündəmə gətirməklə, Paşinyan hakimiyyətini təhdid edir.

 

Elçin XALİDBƏYLİ
/Siyasi ekspert/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Gədəbəydə DƏHŞƏT

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Təhlükəli xəstəliyin müalicəsi TAPILDI

Bakının məşhur məktəbi təmirə bağlanır

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT