Türkiyədən İrəvana Zəngəzur dəhlizini açmaq TƏLƏBİ

10:42 25-04-2023 | icon 285 | Geopolitika
Türkiyədən İrəvana Zəngəzur dəhlizini açmaq TƏLƏBİ

Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması vacib addımdır. Bununla Qarabağa gizli şəkildə silah-sursat və minaların daşınmasının qarşısı alınacaq.

 

Versus.Az xəbər verir ki,bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib.

 

O, vurğulayıb ki, Azərbaycanın məqsədi bölgəyə sülh gətirməkdir:

 

“Azərbaycanın bütün addımları sülhə yönəlib. Əlbəttə, gec və ya tez bölgəyə sülh gəlməlidir. İnanıram ki, qardaş ölkə buna nail olacaq. Azərbaycan atdığı addımlarla Ermənistanı sülhə məcbur edir. Ancaq biz görürük ki, Ermənistan sülhə mane olmaq üçün bütün vasitələrdən istifadə edir, təxribatlara əl atır. Bütün bunlar əsassızdır və Ermənistan heç bir nəticə əldə edə bilməyəcək. Ermənistan Azərbaycanla yanaşı Türkiyəni də hədəfə alır. Ancaq istəklərinə çata bilməyəcəklər. Onlar bayraqlarımızı yandırmaqla bizə olan nifrətlərini göstərirlər. Təbii ki, belə təxribatlar Azərbaycanı və Türkiyəni yolundan döndərə bilməz. Biz birlikdə addımlayaraq, bütün maneələri dəf edəcəyik”.

 

Şamil Ayrım Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağına inandığını söyləyib və Ermənistana çağırış ünvanlayıb:

 

“Azərbaycanın sərhəd-buraxılış məntəqəsini quraşdırması əslində Zəngəzur dəhlizinin reallaşmasının bir növ mesajıdır. Zəngəzur dəhlizi sülhün başlanğıcı olacaq. Məncə, yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasını gözləyə bilərik. Ermənistan buna məcbur olacaq. Növbəti dəfə Ermənistana səslənirik ki, evinizdə rahat yatmaq istəyirsinizsə, sülhə səs verin. Unutmayın ki, Azərbaycan və Türkiyə İkinci Qarabağ müharibəsindəkindən daha da güclüdür”. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ