Yarım milyonluq qızıl oğurlayanlarla bağlı QƏRAR

10:15 27-04-2023 | icon 447 | Hadisə
Yarım milyonluq qızıl oğurlayanlarla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində vaxtilə usta işlədiyi mənzildən yarım milyon manata yaxın qızıl-zinət əşyalarını oğurlamaqda təqsirləndirilən Babək Səmədov və Tacir Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onların şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir Muradov və Babək Səmədov hər biri beş il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Babək Səmədov Yasamal rayonu, S.Dadaşov küçəsi, 523-cü məhəllədəki fərdi mənzillərdən birində 2017-20-ci illərdə təmir işləri aparıb. Həmin zaman mənzildə dəmir seyf olduğunu görüb, ev sahibinin mənzildə külli miqdarda pul saxladığını güman edib. Pulları ələ keçirmək barədə tanışı Tacirlə razılığa gəlib. Onlar cinayətkar niyyətlərini həyata keçirmək üçün bir neçə dəfə həmin ünvana gələrək kənardan müşahidə aparıblar. Oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən sonra isə dəmir seyfi kəsmək üçün avtogen aparatı və digər əşyaları yaxınlıqdakı həyətlərdən birində yerləşdiriblər. 2022-ci il iyunun 30-da gecə saatlarında hasardan aşaraq həyətə keçiblər. Üçmərtəbəli evin qarajındakı pəncərənin dəmir barmaqlıqlarını linglə əydikdən sonra mənzilə daxil olublar. İkinci mərtəbədəki yataq otağında saxlanılan seyfi özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsiblər. Seyfin içərisində olan 4 min dollar pulu və 439 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar.

 

Zərərçəkmiş ifadəsində ona dəymiş ziyanın ödənildiyini, oğurlanan əşyaların hamısının geri qaytarıldığını, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını göstərib. /Pravda.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır