Komandirdən əsgər atasına təşəkkür məktubu


Komandir: "Kənan kimi oğul tərbiyə etdiyinizə görə, sizə öz dərin minnətdarlığımı bildirirəm"
"Belə bir deyim var: "Soruşma Vətən sənin üçün nə edib, soruş ki, mən Vətən üçün nə etmişəm? Bax mən də daim bu sualı özünə verənlərdənəm".
Versus.Az xəbər verir ki, bunu əsgər atası olan jurnalist Əmrah Fəqanoğlu özünün ad günündə "N" saylı hərbi xidmətdən aldığı təşəkkürnamə sevincini sosial mediada dostlarıyla paylaşımında yazıb. Həmkarımız təəssüratlarını belə qeyd edib:
"Zəhmətkeş ailədə doğuldum, hərbi xidmətdə oldum, BDU-nun jurnalistika fakültəsini bitirdim, bütün ömrümü jurnalistikaya həsr etdim.
İki övlad böyütdüm, hər ikisi yüksək balla ali məktəblərə qəbul olunub, uğurla bitirdi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu Kənanım hazırda Milli Ordumuzda Vətənə xidmət edir.
Builki doğum günüm - 35 ilini mətbuatımıza həsr etdiyim yubiley yaşım da, onun iştirakı olmadan ötüb keçdi. Komandirindən aldığımız bu təşəkkür məktubu isə yubileyimə ən böyük təltif oldu.
Əsas budur ki, biz Vətən üçün nəsə edə bilək. Sevgilər təmənnasız olanda daha gözəldir".
Xəbər lenti

23 fevralda icazəsiz mitinqin keçirilməsi ilə bağlı təşəbbüs ola bilərmi?
İlqar Altay: "Kicik qruplar halında bir-iki yerdə yıgişa biilərlər ki, kütləvi aksiyaya cəhd kimi görünsün"
Netanyahu Putinlə görüşməkdən imtina etdi
Xankəndidə Avropa Kubokuna hazırlaşırlar
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı
Musa Qasımlı: “Bununla erkən nikahın qarşısını alacağıq”
“Orta məktəb şagirdləri arasında sosiallaşma çox aşağıdır”
Əmrə Mor şəkillərini "like" edən modelə maşın bağışladı
Məşqçiyə 3,3 milyon dollar təzminat ödədilər
Bu şəxslərə siqaret çəkmək qəti qadağandır
Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Nəhəng yırtıcını selfi çubuğu ilə çəkdi
Bakıda şok olay
"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev
Futbolçulara ən çox maaş ödəyən klubun adı açıqlandı - İngiltərədə
Putin: "Rusiyada 19 milyon yoxsul var"
İrəli
