Vaşinqton danışıqları Ermənistanı sülhə gətirəcəkmi?

08:03 05-05-2023 | icon 538 | Geopolitika
Vaşinqton danışıqları Ermənistanı sülhə gətirəcəkmi?

 

 

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovun Ararat Mirzoyanla ABŞ-da mayın 1-dən 4-ə qədər davam edən görüş gündəmin müzakirəsindədir. Suallar var: Brüseel, Soçi, Praqa görüşü və verilən təkliflər və əldə olunan ilkin razılaşmalar Varşavada nə dərəcədə qüvvətləndiriləcək və  danışıqlarda Ermənistanın sülhə məcbur etmək üçün  hər hansı addımlar atıldı?

 

Deputat Rüfət Quliyev  bildirib ki, ABŞ-da xarici işlər nazirlərinin baş tutan görüşü aparılan danışıqların silsilə formasıdır. O, bu görüşün nəticələrinə Azərbaycan Prezidentinin Şuşa konfransında dediyi fikirlərə istinadla  yanaşıb və danışıqların  iki ölkə arasında aparılmasının daha faydalı ola biləcəyini önə çəkib. Deputat Vaşinqton görüşünün sadəcə Azərbaycanın  Ermənistanla sülh müqaviləsinə bir addım da yaxın olduğunu göstərdiyini qeyd edib.

 

 

Politoloq Elxan Şahinoğlu Versus.az-a bildirib ki, danışıqlarda əsas məsələlər üzrə mövqelərin fərqli qaldığı etiraf edilib. Buna baxmayaraq, Entoni Blinken müsbət nəticəyə ümidlidir. Blinken tərəflərin razılığa gəlmək ərəfəsində olduğuna əmindir.

 

E.Şahinoğlu qeyd edib ki, bu Vaşinqtonun 22 ildən sonra ikinci cəhdi idi.

 

“2001-ci il 3 aprel tarixində ABŞ-ın Florida ştatının Ki-Uest şəhərində ABŞ-ın o zamankı dövlət katibi Kolin Pauellin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Köçəryanın birgə görüşü oldu. Danışıqlar budəfəki kimi intensiv olaraq 4 gün davam etdi, ancaq nəticəsiz qaldı. Çünki Ermənistan həmin dövrdə özünü müharibənin qalibi saydığından masada Qarabağ məsələsində heç bir addım atmaq istəmirdi”.

 

E.Şahinoğlu bildirib ki, hazırda rollar dəyişib.

 

“İndi məğlub Ermənistanın tələsməyə ehtiyacı var. Vaşinqton gələcəkdə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında da görüş təşkil etməyə çalışacaq.Kolin Paulell 2001-ci ildə tərəfləri barışdıra bilmədi, Entloni Blinken isə müsbət nəticə əldə etməyə çalışacaq. Sülh sazişinin imzalanması Ermənistanın sülh sazişi mətnində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanımasına hazır olmasından asılıdır.  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sazişi imzalamağı yubatmağa çalışır. Nikol Paşinyanın fikrincə, sülh sazişi imzalandıqdan sonra Azərbaycan Qarabağda separatizmə son qoyacaq, ona görə sülh sazişiylə “risqə” getmək istəmir. Paşinyan Azərbaycanla sülh sazişi imzalamasa belə Qarabağda erməni separatizminə son qoyulacaq. Bunun sülh sazişi ilə əlaqəsi yoxdur”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ