Ermənistan Vaşinqton görüşündə nəyə ümid edir,,,

08:06 04-05-2023 | icon 293 | Geopolitika
Ermənistan Vaşinqton görüşündə nəyə ümid edir,,,

 

 

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirdiyi görüşlər sülhə doğru irəliləyən prosesdə yeni bir mərhələdir. Çünki post-müharibə dövründən ötən iki il yarım müddətində ardıcıl sülhün əldə olunması ilə bağlı bu qədər davamlı cəhdlər olmamışdı”.

 

 

Bunu Versus.az -a Milli Məclisin deputatı Hikmət Babaoğlu Vaşinqton görüşü ilə bağlı gözləntilərlə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, görüşün çətin keçəcəyi, əvvəlcədən də gözlənilən idi. Çünki Ermənistan Vaşinqtona sülh sazişinə imza atmaq iradəsi ilə getməmişdi.

 

H.Babaoğlu hesab edir ki, ermənilər bu mərhələdə də öz işğal, revanşist niyyətlərini genişləndirmək üçün yenidən özlərinə havadar axtarmağa çalışacaq.

 

“Ermənilərin  sülhün baş tutmaması üçün özlərinə dəstəkçi tapmaq istəkləri istisna deyil. Bu prosesdə Ararat Mirzoyanın Moskvada görüşlərin keçirilməsi ilə bağlı fikirləri, Paşinyanın son ümidinin yenə də Rusiya olması ilə əlaqədardır. 

Amma Azərbaycanın indi sülh üçün irəli sürdüyü tələblərlə bağlı təminatçı ölkə elə Rusiya Federasiyasıdır. Azərbaycanın Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana keçməsi, Azərbaycan ərazisində olan erməni hərbi birləşmlərin çıxarılması və digər həllini gözləyən məsələlər hamısı Rusiyanın rəsmi imzası ilə özünün təsdiqini tapmış fikirlərdir”.

 

H.Babaoğlu bildirib ki,  razılaşdırılmalı olan bir sıra məsələlər var ki, Ermənistan tərəfi bundan yayınır. Bunların bir qismi üçtərəfli bəyanatın tələblərinin yerinə yetirilməsi, bir qismi isə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü məsələsi ilə bağlıdır.

 

“Ermənistan sülh istəmir, hələ də götürdüyü öhtəlikləri yerinə yetirmir. Ermənistan daim sülh müqaviləsinin bağlanmasından, sülh prosesindən yayınmağa çalışır.

Nə silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaq istəyir, nə də  bu gün Xankəndində, Xocalıda, Ağdrədə yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasını qəbul etmirlər. Hansı ki, bu da üçtərəfli bəyanatın şərtlərindən biridir.

Ermənistan Azərbaycanın qərbində Naxçıvana maniəsiz keçidi təmin etmək istəmir. Bu şərtlər olmadan sülhün əldə olunması mümükün deyil. Ermənistanda nə daxili ictimai rəy, nə də siyasi qərar verənlər buna hazır deyillər. Ona görə də bir görüşdə ciddi razılaşmaların əldə ediləcəyini düşünmək doğru deyil. Hər halda Vaşinqton görüşü tərəflərin öz mövqelərini bir daha dəqiqləşdirilmsi baxımından,  həm də sülhün əldə olunması ilə bağlı imkanları bir daha nəzərdən keçirilmək üçün əhəmiyyətli oldu. Azərbaycan Prezidenti də deyib ki, sülh olmayacaqsa, müharibə olacaq. Ona görə də düşünürəm ki, bu mövqe Vaşinqtonda Ermənistan tərəfinin nəzərinə şatdırılmış oldu”.

 

H.Babaoğlu bildirib ki, Vaşinqton görüşü həm də ona görə ən ciddi görüşlər kimi dəyərləndirilə bilər ki, Ermənistan nəhayət dərk edir ki, vaxt azdır, artıq sülhə gəlməyin vaxtı çatıb. Əksə təqdirdə  Azərbaycanın verdiyi ciddi mesajlar real müstəvidə həyata keçirdilə bilər.

 

“Çünki  bu iki il yarımda ermənilərin hər hansı bir təxribatlarla Azərbaycanı öz qətiyyətindən çəkindirmə cəhdləri baş tutmayıb. Nəhayət, biz tarixi qələbəmizdən sonra  Laçın yolunun başlanğıcında  Ermənistan-Azərbaycan sərhəddində nəzarət buraxılış məntəqəsini qurduq. Hesab edirəm ki, Ermənistanın sülhə yaxınlaşdıran səbəblərdən də biri budur.

Bizim Qazax rayonunun 7 kəndi , Naxçıvanın 1 kəndi,  hələ də işğal altındadır.  Ən əsas məsələlərdən biri ondan ibarətdir ki, Qazax rayonunun həmin kəndlərinin ərazisi Ermənistan-Gürcüstan strateji magistral yolunun üzərindədir. Azərbaycan   bir gün qərar verib o kəndləri də işğaldan azad etsə, artıq Ermənistanın Gürcüstana girən yolunu da nəzarətə götürmüş olacaq.  Ona görə də ermənilər sülh müqaviləsinin bağlanmasına və separatçıların ərazilərimizdən çıxarılmasına tələsməlidirlər”.

 

 

Tahirə Qafarlı

Versus.az

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ