Ermənistanın sülhdən, danışıqlardan QAÇMA NİYYƏTİ

16:33 11-05-2023 | icon 675 | Müharibə
Ermənistanın sülhdən, danışıqlardan QAÇMA NİYYƏTİ

Elxan Şıxəliyev: "Lokal atəşkəslərin pozulması böyük əməliyyata çevrilə bilər"

 

“Ermənistan yenə də öz xislətinə sadiq qalaraq şərti sərhəddə, xüsusən də Zod istiqamətində atəşkəsi pozdu. Nəticədə müddətdən artıq xidmətdə olan hərbçimiz  yaralanıb. Bu cür lokal - taktiki atəşkəsin pozulmasının hər zaman böyük çaplı konfliktə çevrilmə ehtimalı yaradır”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev mayın 10-dan başlayaraq  Ermənistan ordusunun Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması və hərbçilərimiz arasında yaralıların olması ilə bağlı açıqlamasında bildirib.

 

E.Şıxəliyev Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın minaatan bölmələrinin istifadə edilməsinə dair məlumatlar yaydığını qeyd edərək, bu faktın artıq konfliktin cəbhədə tabor - taktiki səviyyədə davam etdiyini göstərdiyini bildirib. Ekspert qeyd edib ki, minaatan batareyalar tabor komandanlığının tabeliyində olan bir bölmədir və mövqelərdə minaatanlar olmaz.

 

Ekspert Ermənistanın indiki mərhələdə atəşkəsi pozmasının arxasında sülhdən, danışıqlardan qaçma niyyətinin olduğunu nə çəkib:

 

“Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü gözlənilir. Ermənilər hər zaman bu cür yüksək səviyyəli görüşlərdən qabaq təmas vəziyyətində gərginliyi yaratmaqla sülh danışıqlardan yayınır. Belə bir təcrübə var və ermənilər sülh üzərində mesajların zamanının yetişməməsini cəbhədə vəziyyətin normallaşmamasına bağlayırlar. "Cəbhədə atəşkəs pozulur, sülh sazişi üçün şərait yaranmır"- deyə, belə bir durumu düşünülmüş şəkildə ssenariləşdirib, həyata keçirirlər”.

 

E.Şıxəliyev qeyd edib ki, cəmiyyətimiz, xüsusən də erməni tərəfi bilməlidir ki, əgər sülh sazişi yoxdursa, Ermənistanla şərti sərhəddə və Qarabağın perimetirində erməni silahlıları ilə təmas vəziyyətində kiçik çaplı lokal atəşkəslər olacaq. Lokal atəşkəslərin pozulması böyük əməliyyata çevrilə bilər:

 

“Ermənilər bunun fərqində olmalı və Sarıbaba əməliyyatını, Fərrux, Qırxqız, sərhəd əməliyyatlarını unutmamalıdırlar. Ermənilər Ermənistandakı mülki missiyaya, Fransa jandarmına arxayın olub əsgərlərimizi atəş altına alıb yaralamamlı, şəhid etməməlidirlər. Çünki Ermənistanın bu təxribatları Azərbaycan tərəfindən misli ilə cavablanacaq. Ermənistan buna da hazır olmalıdır”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ