“Qarabağ”ın 9 potensial rəqibi dəqiqləşib

10:22 15-05-2023 | icon 290 | İdman
“Qarabağ”ın 9 potensial rəqibi dəqiqləşib

Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olan “Qarabağ” ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edəcək.

 

Mübarizəyə I təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun 9 potensial rəqibi məlumdur.

 

Ümumilikdə ÇL-in ilkin mərhələsində və I təsnifat mərhələsində yarışacaq 25 komanda müəyyənləşib. Onların üçü ilkin mərhələdən başlayacaq. Monteneqro çempionu da bu komandalara qoşulacaq və siyahı tamamlanacaq.

 

I təsnifat mərhələsində isə 22 kollektivin iştirakı dəqiqləşib. Onlardan 10-u güclülərin yer aldığı səpələnmişlər səbətinə düşüb. “Qarabağ” da bu komandalardandır. Ümumiyyətlə, Ağdam klubu reytinqinə görə yalnız Macarıstan “Ferentsvaroş”undan geri qalır və səbətin ikincisidir. “Atlılar” mərhələ keçəcəyi təqdirdə yenidən güclülər sırasında yer alacaqlar.

 

I mərhələdə 9 komandanın zəiflərin yer aldığı səpələnməmişlər səbətinə düşdüyü dəqiqləşib. Bunlar “Qarabağ”ın birbaşa potensial rəqibləridir. Onlara ilkin mərhələnin qalibi qoşulacaq.

 

Daha üç komandanın səbəti hələlik müəyyənləşməyib.

 

Çempionlar Liqası

İlkin mərhələ

 

 

Səpələnmişlər: “Breydablik” (İslandiya), Monteneqro çempionu

 

Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Atletik d'Ekaldes” (Andorra)

 

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Bratislava, Slovakiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels)

 

Səpələnməmişlər: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakov” (Polşa), “Haken” (İsveç), “Valmieras” (Latviya), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq) “Struqa” (Şimali Makedoniya)

 

Qeyri-müəyyənlər: “Olimpiya” (Sloveniya), “Jrinski” (Bosniya və Herseqovina), “Linkoln” (Cəbəllütariq)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM