Depressiya və panik atak tutmalarına qarşı təbii çarələr

07:35 18-05-2023 | icon 499 | Sağlamlıq
Depressiya və panik atak tutmalarına qarşı təbii çarələr

Son zamanlar gənclər arasında stress, panik atak tutmaları və kəskinləşən depressiv halları çoxalıb.

 
 
Fitoterapevt həkim Füzuli Hüseynov nevroz və panik ataka qarşı bitki müalicəsi barədə məlumat verib.
 
 
“Panik atak və depressiya əleyhinə bir sıra bitkilər var. Məsələn: nanə, ballı nanə, melisa bitkisi, yarpız, çobanyastığı, pişikotu, quşəppəyi, maya sarmaşığı, yunan lavandası və.s.
 
 
Bu bitkilərdən hazırlanan müəyyən qarışımlar panik atak tutmalarının qarşısını almaqda kömək edir. Lakin nəticə 30 – 40% faiz ola bilər. Tək bitki ilə belə xəstəliklərin qarşısını almaq olmur.
 
 
İnsan ruhdan ibarətdir. Bu müalicə isə bizim cismimizin müalicəsidir. Biz ruhumuzu cismimizlə birlikdə müalicə etsək, daha yaxşı nəticələr əldə edərik.
 
 
Məsələn, tarixə nəzər salsaq XVII əsrdə Osmanlı dövründə panik atak tutmalarını və depressiyanı müalicə etmək üçün xüsusi otaqlardan istifadə edirdilər. Bu otaqlarda Quran və ya rukiyələr dinlədirdilər. Bu ruhi qida almaq üçün vacib hesab edilirdi. Həmçinin bitkilərlə müalicə alırdılar.
 
 
Depressiya üçün çaylardan ballı nanə ilə yunan lavandasının qarışımından istifadə etmək olar. Bunların hərəsindən 1 xörək qaşığı götürüb, 3 stəkan suda dəmlənir. Səhər, günorta və axşam bu qarışımdan içmək lazımdır.
 
 
Pişik otu ilə dam otunu qarışığını 3 stəkan suya hərəsində 1 xörək qarışığı əlavə edib, 5 dəqiqə qaynadılır. 30 dəqiqə sonra bu qarışım süzülür, gündə 3 dəfə yeməkdən sonra qəbul edilir.
 
 
Hormonal pozuntulara qarşı ud hindi bitkisi yaxşı təsir edir. Gündə 3 dəfə yeməkdən sonra bir qaşıq qəbul etmək lazımdır”.
 
 
Həkim bildirir ki, belə xəstəliklərdə adətən antidepressant dərmanlardan istifadə olunur. Bu da vərdiş halına gətirilir. Ən pis tərəfi isə cinsi pozğunluq əmələ gətirir.
 
 
“Antidepressant dərmanlar bəlli bir vaxtdan sonra həm qadınlarda, həm kişilərdə cinsi pozğunluğun meydana gəlməsinə səbəb olur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?