Ermənistan təxribat üçün niyə məhz “Zod”u seçib?

09:24 19-05-2023 | icon 664 | Müharibə
Ermənistan təxribat üçün niyə məhz “Zod”u seçib?

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəs mütəmadi olaraq pozulur.

 

Xezerxeber.az xəbər verir ki, qarşı tərəf sözügedən ərazilərdə təxribatlar zamanı döyüş PUA-larından tez-tez istifadə edir.

 

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Zod istiqamətini seçməsinin müxtəlif səbəbləri var. Onun sözlərinə görə, bunlardan biri şərti sərhəddə yerləşən Azərbaycan Ordusunun həmin ərazilərdə baş verən proseslərdən diqqətini yayındırmaqdır. Onlar bu yolla həm də öz mövqelərini gücləndirməyə cəhd edirlər.

 

Hərbi ekspert Ermənistanın istifadə etdiyi pilotsuz uçuş aparatlarına da diqqət çəkib. Bildirib ki, primitiv qaydada hazırlanan avadanlıqlar ordumuzun balansında olan zərbə dron aparatları ilə müqayisə oluna bilməz.

 

 

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu qarşı tərəfin pilotsuz uçuş aparatlarını asanlıqla sıradan çıxarır.

 

Ekspert vurğulayıb ki, Ermənistan belə cılız addımlarla döyüş meydanında və danışıqlar prosesində istəyinə nail ola bilməyəcək.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ