“Ola bilər ki, Rusiya danışıqlar prosesini ləngitmək istəsin”

13:32 19-05-2023 | icon 666 | Geopolitika
“Ola bilər ki, Rusiya danışıqlar prosesini ləngitmək istəsin”

Mətin Məmmədli: “Rusiya Qərb tərəfinin həyata keçirdiyi danışıqlar prosesindən o qədər də məmnun deyi"

 

“Bu gün Moskvada keçirilən danışıqlar Brüssel formatı çərçivəsində davam etdirilir”.

 

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Qərb danışıqlar prosesində  xüsusi fəallıq göstərir.  Mayın 14-də Brüsseldə hər iki ölkə liderinin görüşündə müəyyən irəliləyişlər müşahiə olunub. Bundan əvvəl ABŞ-ın vasitəçiliyi ilə keçirilən 4 günlük görüş diplomatik təmasların  xeyli intensivləşdiyini göstərir.

 

M.Məmmədli Rusiyanın danışıqlar prosesində bir qədər fərqli maraqlarının olduğunu önə çəkib. Ekspert təəssüflə bildirib ki, ümumən  Ermənistan-Azərbaycan arasında post-münaqişə problemlərinin həlli böyük güc mərkəzlərinin geosiyasi rəqabət meydanına çevrilib:

 

“Böyük ehtimalla Rusiya Qərb tərəfinin həyata keçirdiyi danışıqlar prosesindən o qədər də məmnun deyil.   Rusiya danışıqlar prosesində müəyyən nəticələrin olduğunu gördükcə, özü də bu istiqamətdə müəyən təşəbbüslər göstərir və bunun nəticəsidir  ki, bu gün hər iki ölkənin nazirləri Moskvada görüşür. Ola bilsin ki, bu mərhələdə də Rusiya yenə özünün geosiyasi maraqlarından irəli gələrək  danışıqlar prosesini ləngitmək istəsin”. 

 

Ekspert bütün bunlarla yanaşı hesab edir ki, hazırda aparılan danışıqlar prosesi elə bir müstəviyə daxil olub ki, kənardan düşünülən planların baş tuta biləcəyi inandırıcı görünmür:

 

“Bu münaqişənin tarixinə də nəzər salsaq görərik ki, hər dəfə hər iki ölkə müəyyən razılaşma əldə etməyə yaxınlaşanda kənardan müdaxilələr olur.  Həmin kənar müdaxilələr yenə də ola bilər. Bu istisna edilmir. Ancaq Azərbaycanın mövqeyi tezliklə regionda sülhün bərqərar edilməsi, yekun sülh müqaviləsinin imzalanmasıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır