“Erməniləri kustar mərmilərdən ona görə istifadə edir ki...”

14:02 18-05-2023 | icon 384 | Qarabağ
“Erməniləri kustar mərmilərdən ona görə istifadə edir ki...”

 

 

“Regionda Ermənistanla sülh müqaviləsinin bağlanması üzərində çox böyük işlər gedir. Lakin Ermənistan prosesi uzatmaq, danşıqların təsirini azaltmaq üçün təxribatlar törədir, gərginliyi yaratmaqda davam edir. Görünən budur ki, ermənilər Azərbaycanla arasında yaratmış olduğu problemin həll olnmasında maraqlı deyil. Ona görə də, Ermənistanın ardıcıl olaraq törətdiyi hərbi təxribatlar qaçılmazdır”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı döyüş PUA-larının  tətbiq edilməsi ilə bağlı şərhində bildirib.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən ermənilər təxribat zamanı PUA-lar vasitəsilə kustar üsulla hazırlanmış əldəqayırma mərmilərdən istifadə edib.

 

Ermənilərin kustar üsulla hazırlanmış silahlardan istifadə etməklə nəyə nail olmağa çalışdığı da birmənalı qarşılanmır.

 

Ş.Ramaldanov bildirib ki, Azərbaycan dövlətinin diplomatiyada əldə etdiyi uğurlar Ermənistan rəhbərliyini faktlar qarşısında qoyur və getdikcə öz hədəfinə yaxınlaşdırır. Çünki Azərbaycan bölgədə sülh istəyir və bütün təklifləri, qoyduğu suallar beynəlxalq hüquq normalarına tam şəkildə cavab verir.

 

Ekspert Ermənistanın  sərhəddə daim hərbi təxribatlarını davam etdirəcəyinə şübhə etməyərək, bunu bir neçə səbəblə izah edib. Onun fikrincə, bu, Ermənistanın daxilində hərbi-siyasi rəhbərliyin sülh müqaviləsinin bağlanmasında maraqlı olmaması və regionun xaricində olan böyük dövlətlərin maraqlarının toqquşmasından irəli gəlir.

 

“Məsələn Rusiya, sülh müqaviləsinin bağlanmasında maraqlıdırmı, təbii ki, o qədər də deyil. Ona görə ki, sülh müqaviləsi bağlanarsa Azərbaycan ərazisində olan hərbi kontingentini çıxarmalı olacaq. Bu isə Rusiyanın marağında deyil. Digər bir tərəfdən regionda sülh bərqərar olasa Rusiyaya qarşı olan ölkələrin aktiv fəaliyyətə keçib onu sıxışdırması ehtimalı reallaşa bilər.

Heç şübhəsiz ki, ABŞ-ın, Qərbin də sülh müqaviləsinin bağlanmasında maraqlı olmadığı görünür. Çünki regionda vəziyyət stabilləşərsə, o zaman regiondakı maraqlarını həyata keçirmək üçün fəaliyyət təsirləri məhdudlaşar. Ona görə də regionda sülhün bərqərar olunması böyük dövlətlərin müəyyən maraqlar müstəvisində öz aralarında razılığa gələcəyi zaman bərpa olunacaq. Əks halda Rusiya burada olan rıçaqlarından istifadə edəcək.

Qərb, Avropa və Rusiyaya qarşı olan digər ölkələr isə öz təsir mexanizmlərindən istifadə edərək, sülhün bərqərar edilməsinə maneə olacaqlar.  Digər tərəfdən, Rusiya və Rusiyaya qarşı olan dövlətlərin  sülhlə bağlı baxışları da fərqlidir.  Belə olan halda işğalçı iddiasndan əl çəkməyən Ermənistanın hətta istəsə də, iradə göstərmək gücündə deyil. Çünki dövlət olaraq müstəqil deyil, başqalarının sifarişlərini yerinə yetirməklə məşğuldur”.

 

 

Ş.Ramaldanov ermənilərin təxribat zamanı kustar üsulla hazırlanmış PUA-lardan istifadə etməsini bir neçə istiqamətdə izah edib. O, hesab edir ki, həmin silahlar ucuz və gizli saxlanmaları üçün təhlükəsiz bir vasitədir.

 

“Ermənistan tərəfi hər hansı bir mövqedən atəş açan zaman Azərbaycan Ordusu tərəfindən müəyyən olunur və həmin nöqtələr adekvat  cavabla susdurulur, düşmən itkilərlə üzləşir. Lakin PUA-ların  hardan idarə olunduğu bilinmir. Əlbəttə ki, pualar məhv edilsə də, onu idarə edən şəxsi tapmaq çətinləşir”.

 

Ekspert məsələyə bu kontekstdən yanaşaraq hesab edir ki, bundan sonra ermənilərin belə PAU-lardan  istifadə edərək törətdiyi təxribatlar intensivləşə bilər.

 

“Taktiki şəkildə heç bir ərazini, mövqeləri ələ keçirə bilməyəcəklərini yaxşı anlayan erməni hərbi quldurları belə vasitələrlə itkilərdən yayınmağı düşünür.  Çünki Ermənistan ordusu təxribatları nəticəsində itki verən zaman hakimiyyətə qarşı  müəyyən etirazlar, mitinqlər keçirilir. Ona görə də Ermənistan üçün vacib olan təxribatlarla proseslərə əlavə oyunçuları cəlb eləmək, bəzi qüvvələrin maraqlarını təmin etmək üçün sülhdən qaçıb məsələlərin həllini gecikdirməkdir”.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan Ordusu müasir vasitələrlə erməni PUA-larını məhv etməyə qadirdir və istənilən halda adekvat addım ataraq şərti sərhəddə qarşıya qoyduğu tapşırıqları yerinə yetirəcək.

 

“Erməni elə bir qonşudur ki, barıtımızı quru, Dəmir Yumruğumzu işlək saxlamalıyıq. Bölgədə yaranmış yeni reallığa uyğun olaraq Azərbaycan silahlı qüvvələri, Ali baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, tətikdədir”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər