Bu ilin sonunda Şuşaya ilkin olaraq 1 500 sakin köçürüləcək

13:24 25-05-2023 | icon 419 | Qarabağ
Bu ilin sonunda Şuşaya ilkin olaraq 1 500 sakin köçürüləcək

Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.

 

"“Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb", - deyə K.Quliyev qeyd edib.

 

Şuşada görülən işlər barəsində danışan K.Quliyev bildirib ki, hazırda Şuşada təhsil ocağının, xəstəxananın və poçt binasının tikintisi davam edir:

 

“Bu poçt binası "ASAN" və "DOST" xidmətlərini özündə birləşdirəcək. Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər