Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?

20:30 29-05-2023 | icon 342 | Sağlamlıq
Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?

Periferik arteriya xəstəliyi adətən arteriyalarda daralma və tıxanma ilə bağlı olaraq yaranan vaskulyar xəstəlikdir.

 

Yaşam keyfiyyətini pozan bu xəstəlik zamanı yeriyərkən və xəstəliyin sonrakı mərhələlərində istirahət edərkən belə ayaqlarda ağrı və sancılar olur. Liv Hospital Ankaranın kardiologiya üzrə mütəxəssisi prof. dr. Erdoğan İlkayın fikrincə, xəstəlik anadangəlmə və ya sonradan yarana bilər. Anadangəlmə olanlar digər bir damara açılması (fistula) və ya balonlaşma (anevrizma) tərzində ola bilər. Xəstəliyin ən önəmli səbəbi aterosklerozdur (damar sərtliyi).

 

Damar sərtliyi ən önəmli səbəbdir

 
 

Periferik arteriya xəstəliyinin ən nəzərəçarpan xüsusiyyətləri arasında ayaq və qollarda keyləşmə, gücdən düşmə, görmə və ya danışma qabiliyyətində müvəqqəti pozğunluq kimi əlamətlər yer alır. Bunlardan başqa insult, yeriyərkən ayaqlarda ağrı, ayaqlarda qapanmayan yaralar, ereksiya (sərtləşmə) çətinliyi, yeməkdən sonra qarın bölgəsində ağrı, əl hərəkətləri ilə yaranan başgicəllənmələri, kürək və qarında ağrılar həkimə getmək üçün kifayət edəcək xəbərdaredici əlamətlərdir. Xəstəliyin ən əsas səbəbi isə xalq arasında damar sərtliyi kimi bilinən aterosklerozdur.

 

Damar tıxanıqlığı tez-tez şəkər xəstələrində müşahidə edilir

 

Ayaq damarlarının tıxanıqlıqları dizaltı və dizüstü olaraq təsnifatlandırılır. Son illərdə bu xəstəliyin müalicəsi üçün balon və stendləmə cərrahiyyəsindən daha çox istifadə olunur. Dizaltı damar tıxanıqları xüsusilə şəkər xəstələrində müşahidə olunur. Müalicə prosesi gecikdirilsə, ayaqda qapanmayan yaralar çox zaman həmin bədən üzvünün kəsilməsi ilə nəticələnə bilir. Balonla damarların açılması həm yaraların sağalmasını təmin edir, həm də bədən üzvlərinin itirilməsi riskini azaldır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ