Rusiyanı azğınlaşdıran səbəb-açıqlama

10:50 26-05-2023 | icon 498 | Geopolitika
Rusiyanı azğınlaşdıran səbəb-açıqlama

 

 

 

“Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda moderatorluq uğrunda üç mərkəz -Vaşınqton, Brüssel, Moskva mübarizə aparır. Bu  “üçbucaq”da  Moskva prosesin həllinə daha yaxın olsa da, əksinə ikibaşlı oyunlar aparmağa başlayıb. Ona görə də Moskva görüşü ilə bağlı gözləntilərim nikbin deyil.”

 

Bunu versus.az-a politoloq Tofiq Abbasov bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistann baş naziri Nikol Paşinyan və Rusiya Preizdenti Vladimir Putinin iştirakı keçirilən görüşlər və Azərbaycan -Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına yönəlik gözlənilən töhvələrlə bağlı açıqlamasında bildirib.

 

T.Abbasov Rusiyanın danışıqlar ərəfəsində apardığı oyunların hələ Ruben Vardanyanın regiona daxil olması və oradan qovulmasından başladığını qeyd edib. Politoloq kimlərin hansı oyunlar qurmasından asılı olmayaraq Azərbaycanın bu prosesə tam hazır olduğunu önə çəkib.

 

“Təsadüfi deyil ki, Azərbaycan 5 əsas prinsipi Ermənistan tərəfinə təqdim edib, eyni zamanda təlif etdiyi 3+3 formatı Rusiya, Türkiyə, hətta İran tərəfindən də razılıqla qarşılandı.  Görünən budur ki, Azərbaycan sülhün əldə olunması üçün bütün variantlarda danışıqlara hazırdır. Bu prosesdə halsız, məsuliyyətsiz görünən Ermənistandır. Ermənistan özünün bütün ixtiyarını başqa qüvvələr verib və demək olar ki, bütün ümidləri xarici qüvvələrə bağlıdır. Təbii ki, həmin qüvvələr də birinci növbədə özünün maraqlarını güdür”.

 

T.Abbasov bildirib ki, Moskva görüşündə iki sənədin qəbul olunması gözlənilir. Birincisi, baş nazirlərin müavinləri səviyyəsində kommunikasiyaların açılması, ikinci məsələ isə üçtərəfli yeni bəyannamənin qəbul olunmasıdır.  Bundan əvvəl Moskvada əldə olunan bir sıra razılaşmalara, o cümlədən 31 oktyabr Soçi bəyannaməsinə, eləcə də 2021-ci il 26 noyabr, 11 fevral, 10 noyabr üçtərəfli bəyannamələrinə diqqət çəkən ekspert, yeni bir bəyannamənin qəbul edilməsini istisna etməyib. Onun fikrincə, əgər yeni bəyannamə qəbul olunarsa,  demək həmin sənəddə əvvəlkilərdən fərqli məsələlər ortaya qoyula bilər.  

 

“Amma burda əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki Rusiya həm Ermənistanla müttəfiqdir, həm də 2022-ci ilin 23 fevralından rəsmən Azərbayacanla mütəfiliyi var.  Amma təəssüf ki, Rusiya burda çox çirkin oyun oynayır, çalışır ki. Qarabağda yaşayan erməniləri özünə təhkim etsin. Halbu ki, Qarabağın daxilində Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər var və onlar Ruben Vardanyanın gəlişini qəbul etmədilər. Rusiya eyni zamanda çalışdı ki, “status” məsələsini gündəmə gətirsin və dedi ki, qoy  “status” gələn nəsillərin müqəddaratına qalsın.  Görünən budrur ki, Rusiya bir müttəfiq və vasitəçi kimi özünü doğrultmamaqla yanaşı, qonşu kimi çox riyakar oyuna girişir. Nəhayət çalışır ki, regionda özünün mövcdluğunu qoruyub saxlasın.  Rusiya bu prosedə yetkin qüvvə kimi iştirak etmir. İndiki mərhələdə Rusiyanı azğınlaşdıran səbəb isə Brüssellə Vaşinqtonun fəallığıdır”.

 

T.Abbasov qeyd edib ki, belə bir ərəfədə Azərbaycanın suveren, sağlam yanaşması bəzi xarici qüvvələrdə qıcıq doğurur. O, bütün bunlarla ayanaşı hesab edir ki, həmin qüvvələr bu prosesi nə qədər süründürsələr də, prosesə nə qədər əngəl törətsələr də, istər- istəməz sülh müqaviləsi bağlanmalıdır.

 

Politoloq eyni zamanda bildirib ki, yaxşı olardı ki, Rusiya bu prosesdə moderatorluq funksiyasını layiqincə yerinə yetirsin və Ermənistanı yola gətirsin.  Onun szölərinə görə, Ermənistanın baş naziri indi şübhəli bir vəziyyətdədir.

“Paşinyan Azərbaycanın müstəqilliyini tanıdı, Qarabağı da Azərbayacanın tərkibində gördü, amma həm də qeyd etdi ki, Qarabağ “ermənilərinin müqəddəratı Bakı-Stepanakertdə həll edilə bilər. Halbuki “Stepanakert” yoxdur, Xankəndi var və bu, bizim daxili işimizdir. Heç bir xarici qüvvə bu prosesə qatıla bilməz.  Bütün hallarda bu proseslərin sonunda, əvvəlində bir perspektiv görünür: Azərbayacnın mövqeyi güclənir, biz lider ölkə kimi bölgədə söz sahibiyik, imkan vermərik ki, xarici qüvvələr, eləcə də ABŞ, Brüssel, Moskva Ermənistanın xeyrinə hər hansı bir əyintilərə yol versinlər. Çünki bu mümkünsüzdür və bizim bu, suveren davranışımız, sərbəstliyimiz, özümüzə arxayınlığımız bu xarici qüvvələrdə “başqağrısı” yaradır. Amma dərk etməlidirlər ki, güclü ölkələrlə həmişə normal münasibət saxlamaq lazımdır və  Azərbaycan bütün platformalarda özünü sağlam qüvvə kimi ifadə eliyir və göstərir ki, faktiki bütün proseslərin həlli var. Amma dialoqda gərək tərəflər bir birini eşitsinlər”.

 

T.Abbasov hesab edir ki, danışıqlarda uğurlu nəticələrin əldə olunması üçün vasitəçiər də riyakarlıqdan, iki başlı oyunlardan çəkinməlidir. Ona görə də Moskva görüşünə o qədər də nikbin deyil. Onun fikrincə, ola bilər ki, Moskvada kommunikasiyalarla bağlı ilkin sənəd imzalansın, ancaq qəbul olunacaq hər hansı bir bəyannamənin nə dərəcədə işlək mexanizmə çevriləcəyi mübahisəlidir.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı