Moskva yalnız özünün şərtlərini diqtə edir-Açıqlama

08:57 26-05-2023 | icon 501 | Geopolitika
Moskva yalnız özünün şərtlərini diqtə edir-Açıqlama

 

 

 

“Moskva Brüssselin vasitəçiliyi ilə əldə olunan razılaşmaları və bu razılaşmaların sülhə aparacağını bilir. Ona görə də prosesdə aktivlik nümayiş etdirərək real sülhün əldə olunmasına qarşı öz alternativ variantını təklif edir. Rusiyanın öz variantını Ermənistanda qəbul etdirmək istəyi də sülh prosesinin qarşısının alınmasıdır. Moskva konkret olaraq Brüssel formatının qarşısını almağa çalışır”.

 

 

Bunu versus.az-a politoloq Məhəmməd Əsədullazadə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin  Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşlə bağlı gözləntiləri şərh edərkən bildirib.

 

Politoloq hesab edir ki, Moskva görüşündə müəyyən razılaşmalar, şifahi bəyanatlar qəbul oluna bilər. Amma bu sülhə xidmət etmir.

 

“Düşünürəm ki,  Rusiya Qarabağda erməni əhalisi ilə bağlı “statusun” açıq qalması, delimitasiya, demorkasiya prosesinin sülh imzalanmazdan öncə icra olunması və yalnız Moskva vasitəsi ilə üçtərəfli prosesin açılmasını təklif edəcək.  Təbii ki, Azərbaycan bu məsələlərlə razı deyil”.

 

M.Əsədullazadə qeyd edib ki, liderlər Moskvada konkret olaraq Brüsseldə əldə olunan razılaşmaların bir araya gəlir.  Onun sözlərinə görə, Nikol Paşinyanın  Qarabağı Azərbaycanın tərkib hissəsi olmasını qəbul etməsindən sonra yeni bir situasiya formalaşıb.

 

“Rusiya  Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını istəmirdi. Artıq bu proses baş verib. Bundan sonra Moskva Azərbaycan-Ermənistan arasında sülh prosesinin qarşısını ala bilməyəcək. Ümumiyyətlə, Prezident İlham Əliyev də Brüssel formatına etimad edir və eyni zamanda Moskvanın vasitəsi ilə də hər hansı razılaşmanın ola biməsini mümükün hesab edir. Amma bu razılaşma  real olaraq həyata keçirilməyəcək. Məhz Brüsselin vasitəçiliyi ilə sülh müqaviləsi əldə oluna bilər və Nikol Paşinyanın da Qaranağı Azərbaycanın tərkib hissəsi tanımısı Brüsselin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların nəticəsidir”.

 

Politoloq hesab edir ki, Moskva yalnız özünün şərtlərini diqtə edir və bu şərtlər də dövlətlərarası münasibətlərdə normallaşma prosesinə xidmət etmir. 

 

“Rusiya məsələyə öz maraqları kontekstində yanaşır. Ona görə də hesab edirəm kİ, Moskva görüşündə hər hansı razılaşma, sənəd qəbul olunsa da, ümumən sülhə gətirəcək bir proses deyil”.

 

 Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı