Daşınmaz əmlak sahiblərinin NƏZƏRİNƏ

18:02 31-05-2023 | icon 577 | İqtisadiyyat
Daşınmaz əmlak sahiblərinin NƏZƏRİNƏ

Sabahdan yenilik tətbiq olunacaq

 

Sabahdan daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib. 

 

Bildirilib ki, ötən ilin sonunda “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya işləri yekunlaşdırılıb, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilib.

 

Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyster nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcək. Daha sonra müvafiq veb-servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Əmlak Xidmətindən əldə ediləcək. Şəhadətnamələr sığorta şirkətləri tərəfindən təsdiq edilərək və elektron vasitələrlə imzalanacaq. Ödəniş kodu sığortalıya SMS vasitəsi ilə göndərildikdən sonra Hökumət Ödəniş Portalı vasitəsi ilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcək.

 

Müvafiq elektron informasiya sistemləri ilə inteqrasiyaların tamamlanmasından sonra elektron şəhadətnamə ilə bağlı məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcək. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaq.

 

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılıb, “Sərnişinlərin icbari fərdi qəza sığortası”nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır