Yeni sindrom qeydə alınıb

18:34 31-05-2023 | icon 349 | Sağlamlıq
Yeni sindrom qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində bütün ölkəni dərindən sarsıdan zəlzələlərdən sonra həm fəlakət qurbanlarında, həm də hadisədən dolayısı ilə təsirlənən insanlarda yuxu pozuntusu yaranıb.

 

Zəlzələ ilə bağlı narahatlıq keçirən insanlar xüsusilə fəlakətin baş verdiyi vaxtda, saat 04:17-də oyanırlar və oyaq qalmağa çalışırlar. Bununla da baş verə biləcək mümkün zəlzələ zamanı ayaq üstə olmaq istəyirlər.

 

Bu barədə uşaq və yeniyetmə psixiatriyası üzrə türkiyəli mütəxəssis Çağlar Ceyks məlumat verib.

 

Mütəxəssis zəlzələdən sonra narahatlıq səbəbilə yuxu pozuntusu ilə bağlı şikayətlərin artdığını deyib:

 

“Üç ay əvvəl yaşadığımız zəlzələdən bu yana çox ciddi narahatlıq müşahidə edirəm. Bu da yuxu və motivasiya pozuntuları, konsentrasiya itkisi kimi problemlərə gətirib çıxarır. Universitetə qəbul imtahanına hazırlaşan yeniyetmələrdə “Niyə oxuyuruq?” kimi həyatın mənasının itirilməsi hissi yaranır”, - deyə o qeyd edib.

 

Çağlar Ceyks zəlzələ vaxtında oyanan insanlara bəzi məsləhətlər verib:

 

“Zəlzələ saat 04:17-də baş verdi. Lakin statistik məlumatlara nəzər yetirsək, zəlzələlərin çox zaman gündüz saatlarında baş verdiyini görə bilərik. İnsanlar 04:17-də yuxudan oyanırlar və bu da zəlzələyə  yatağında yaxalanmaq qorxusundan irəli gəlir. Ancaq bunun zərərləri daha çox ola bilər. Çünki kifayət qədər yatmayan insan həyatdan zövq ala bilməmək, düzgün fikir yürüdə bilməmək kimi problemlərlə üzləşəcək. Normal yuxu sağlamlıq üçün çox vacibdir. Bunun üçün mənəvi dəstək alına bilər, həmçinin yuxu gigiyenasına diqqət yetirilməsi də önəmlidir. Gecə gec saatlarda çox çay və qəhvə içilməməlidir. İşıq altında çox oturmaq olmaz”.

 

Onun sözlərinə görə, zəlzələ anında yuxudan oyanmaq beynin travmanı kodlaşdırmasından qaynaqlanır:

 

“Beyindəki müvafiq bölgə baş verənləri qeydə alır. Saat 04:17-də zəlzələ olubsa, insanın həmişə o saatda oyanmasına səbəb olur. Həmin saatda oyananlar düşünürlər ki, oyaq olsam, bina uçsa, qaça və ya hərəkət edə bilərəm. Deməliyəm ki, belə bir zəlzələnin yenidən baş verməsi ehtimalı statistik baxımdan aşağıdır. Ona görə də insanlarla terapiya şəklində ünsiyyət çox vacibdir”, - deyə o bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər