Magistraturanın qabiliyyət imtahanlarında iştirak üçün QEYDİYYAT

11:26 06-06-2023 | icon 227 | Təhsil
Magistraturanın qabiliyyət imtahanlarında iştirak üçün QEYDİYYAT

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 6 iyun saat 23:59-dək aparılacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, qabiliyyət imtahanları 70 saylı proqram üzrə 21 iyun, 68 saylı proqram üzrə 23 iyun, 69 saylı proqram üzrə isə 24 iyun tarixlərində keçiriləcək.

 

70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar 16-21 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. 68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni 19-23 iyun tarixlərində çap edə bilərlər.

 

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri-məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.

 

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ