Nazirlik rəsmisindən ÇAĞIRIŞ

16:51 06-06-2023 | icon 274 | Təhsil
Nazirlik rəsmisindən ÇAĞIRIŞ

“Vakansiyadan imtina xərclənmiş vəsaitin israf olması deməkdir”

 

“Müəllimlərin işə qəbulu imtahanı üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını iştirak etməyib”.

 

Versus.Az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

O qeyd edib ki, bu, prosesin təşkili üçün xərclənmiş vəsaitin təxminən beşdəbirinin israf olunmasıdır:

“MİQ-in həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi bizim manevr imkanlarımıza mane olur. Nəticədə nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır”.

 

O qeyd edib ki, bu cür hallar baş verdikdə ən çox əziyyət çəkən şagirdlər olur:

“Çünki hər il yeni bir müəllimlə tədrisə davam edirlər”.

 

Nazirlik rəsmisi imtahanda iştirak edən şəxslərə də müraciət edib:

“Vakansiya üzrə müraciət edənlər imtina etmək əvəzinə, imtahanda iştirak etsələr, itirəcəkləri heç nə olmayacaq. Həmin şəxslər uğur qazansalar, iş yerləri dəyişəcək, yeni iş imkanı əldə edəcəklər. Yox, uğur qazanmasalar, nəticə aşağı olsa da, heç nə itirməyəcəklər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

Tanınmış yazar MHB-yə üzv oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ