Vahid forma seçən məktəblərlə bağlı AÇIQLAMA

11:51 13-06-2023 | icon 249 | Təhsil
Vahid forma seçən məktəblərlə bağlı AÇIQLAMA

“Cari tədris ilinin əvvəlindən bütün ümumi təhsil müəssisələrinə Nazirlər Kabinetinin müvafiq qərarının icra edilməsi ilə bağlı tapşırıq verilib”.

 

Versus.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

“Tapşırığa əsasən, hər bir müəssisə mart ayına qədər Pedaqoji Şura təşkil edərək 4 formadan 1-ni məktəbli forması olaraq seçib. İndiyə qədər 98%-ə yaxın müəssisə məktəbli forması ilə bağlı seçimlərini edib. Yerdə qalan az sayda müəssisə ilə bağlı müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, Məktəbli formasına keçidi məktəbin pedaqoji şurası müəyyən edir:

 

“Əgər qərar versələr ki, bu il yeni formaya keçirlər, qaydaya uyğun yeni məktəbli formasına keçməlidirlər. Lakin yeni məktəbli formasına keçmək istəməyən məktəblər də var. Yeni formadan imtina edən məktəbin şagirdləri könüllü şəkildə öz seçimlərinə uyğun geyinəcəklər”.

 

Xatırladaq ki, “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Vaxt az olduğu üçün yuxarı siniflər üçün hazırlanmayıb. Artıq yeni tədris ili üçün yuxarı siniflər də yeni məktəbli formalarından istifadə edə biləcək.

 

“Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manat olacaq”, - deyə o əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ