Bu səhvi QƏTİYYƏN etməyin

06:18 19-06-2023 | icon 291 | Sağlamlıq
Bu səhvi QƏTİYYƏN etməyin

Yetərincə su içməmək böyrək, ürək, qaraciyər kimi orqanlarda ciddi problemlərə səbəb ola bilər.

 

Bu barədə Türkiyənin tanınmış daxili xəstəliklər mütəxəssisi, həkim Hayriye Belma Siber xəbərdarlıq edib.

 

O bildirib ki, az su istehlakı bədən istiliyi, dəri quruluğu, həzmsizlik, baş ağrısı və unutqanlığa gətirib çıxarır və həyati funksiyaların sağlam şəkildə davam etməsi üçün gündə 2-2,5 litr su içmək orqanizmin su ehtiyacını qarşılayır:

 

"Çay və qəhvə kimi içkilər suyu əvəzləməməlidir, çünki onlar orqanizmdən suyun xaric olmasını artırır. Kifayət qədər su istehlak etməməyin ən mənfi təsirinin böyrəklər üzərində özünü göstərir. Karbamid, kreatin və sidik turşusu kimi zərərli maddələri bədəndən çıxarmaq üçün su istehlakı həyati əhəmiyyət daşıyır. Bundan əlavə, kifayət qədər su içməmək sidik axınını yavaşlatdığından sidik yollarında infeksiyalar və böyrək daşlarının əmələ gələ bilir, bu isə sonradan böyrək çatışmazlığına səbəb olur".

 

Həkim ürək xəstəliklərinin, xüsusilə infarktın su istehlakı ilə yaxından əlaqəli olduğunu ifadə edib:

 

"Araşdırmalar göstərir ki, gündəlik su istehlakına diqqət edənlərlə etməyənlər arasında infarkt baxımından əhəmiyyətli bir fərq var. Susuz qalan bədəndə qan qatılaşması və laxtalanma, nəticədə qan təzyiqi balansının pozulması, ürək döyüntüsü, ritm pozğunluğu və ürək çatışmazlığı kimi problemlər yarana bilər. Bundan əlavə, ürəyin öz funksiyalarını normal şəkildə yerinə yetirməməsi qaraciyər və ağciyərlərdə də mənfi nəticələrə səbəb ola bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü