Aygünün mahnısı “Qorqud”un ifası ilə yeni versiyada

13:01 17-06-2023 | icon 359 | Şou-biznes
Aygünün mahnısı “Qorqud”un ifası ilə yeni versiyada

İyunun 16-dan etibarən Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur "Qoy işığı söndürüm" mahnısının yeni versiyası bütün musiqi platformalarında və Youtube kanalında yayımlanıb.

 

Qorqudun sözlərinə görə, o, Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün, həmişə bu mahnını remeyk etmək arzusunda olub. Onun bu mahnı ilə bağlı çoxlu xatirələri var. Mahnının 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilib, dinlənilir.

 

“Qoy işığı söndürüm” mahnısı üçün Nərmin Kərimbəyova Qorqudun təklifini qəbul edərək, layihədə iştiraka razılıq verib və ona dəstək olub.

 

Qeyd etmək istərdik ki, Qorqud-un yaradıcılığı 2015-ci ildə yarımfinaladək yüksəldiyi ilk lisenziyalı “The Voice of Azerbaijan” layihəsi ilə başlayıb.

 

Çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra Qorqud təxəllüsünü götürərək, hər şeyə sıfırdan başlayır və “Bağışla” onun yeni solo karyerasında əsas mahnı olur.

 

Eyni zamanda, Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR