65 yaşlı kişidən cavan görünməyinin sirri

09:00 22-06-2023 | icon 302 | Sağlamlıq
65 yaşlı kişidən cavan görünməyinin sirri

Britaniyalı yoqa təlimatçısı Ueyn Leal 60 yaşından sonra sağlam və gümrah qalmağın sadə yollarını açıqlayıb.

 

65 yaşında 20 yaş daha gənc göründüyünü deyən Leal degenerativ onurğa xəstəliyinə və keçmiş zədələrə baxmayaraq, aktiv qaldığını deyir. Kişi əmindir ki, hər kəs sağlam həyat tərzi keçirsə və onun tövsiyələrinə əməl etsə, eyni nəticələrə nail ola bilər.

 

Leal ən sadə məşqlərdən biri kimi tutma gücünü artırmağı göstərib. O, bu məqsədlə tennis topunu sıxmağı məsləhət görür və buna üç gedişdə beş təkrarla başlamağı tövsiyə edir. Təlimatçının sözlərinə görə, güclü biləklər ümumi əzələ tonusunu saxlamağa və gəncliyi uzatmağa kömək edir.

 

 

Başqa bir məşq hərəkəti kimi isə o, gündəlik işlərlə məşğul olarkən - qabları yuyarkən və ya dişləri fırçalayarkən tək ayaq üstə durmağı məsləhət görür. Onun sözlərinə görə bu, koordinasiyanı inkişaf etdirmək üçün faydalıdır.

 

Eyni məqsədlə corab və ya ayaqqabı geyinərkən oturmaq olmaz.

 

 

Təlimatçının fikrincə, əzələləri yaxşı vəziyyətdə saxlamaq üçün əllərə güvənmədən divandan və ya çarpayıdan qalxmaq vərdişi kömək edər.

 

“Bu, osteoporozlu insanlar, xüsusən də, omba sümüklərinin sıxlığından narahat olanlar üçün əla bir məşqdir”, - deyə Leal vurğulayıb.

 

Təlimatçı üzgüçülük və ya su aerobikası ilə məşğul olmağa çağırıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər