"Buradakı nəticələri bəlkə də 10 il sonra görürük"

13:39 22-06-2023 | icon 388 | Təhsil
"Buradakı nəticələri bəlkə də 10 il sonra görürük"

“Təhsildə qısa müddət anlayışı başqa sistemlərlə müqayisədə bəlkə də bir qədər uzundur”.

 

Versus.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfansı”nda çıxışı zamanı deyib.

 

O bildirib ki, buradakı nəticələri bəlkə də 10 il sonra görürük:

 

“10 il bundan əvvəl keçmiş təhsil nazirinin işi sessiya dövründə rektorların fəaliyyətinə nəzarət, şəffaflığın təmin edilməsi, bəzi ixtisaslara 100 nəfərin qəbul olub, 300 nəfərin bitirməsi kimi qeyri-qanuni hallarla mübarizə aparmaq idisə, indi belə deyil. İndi bu prosesə birbaşa nəzarət etmək ehtiyacı görmürük. Çünki ali təhsil müəssisələrimizə inanırıq. Biz sadəcə şəffaflıqla qürur duya bilmərik. Elm müəssisəsi həm də tədqiqat aparan, kadr hazırlayan bir müəssisədir”.

 

Nazir deyib ki, qarşıdakı hədəf ali təhsil müəssisələrinə qəbul olanların sayını artırmaq və keyfiyyət baxımından çıxış qapılarını bir qədər daraltmaqdır:

 

“Bu səbəbdən ali təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilir. Hazırda ali təhsil müəssisələrimizin inkişafa ehtiyacı olan hissəsi professor-müəllim heyətinin formalaşdırılmasıdır. Universitet müəllimi kim olmalıdır? Hesab edirəm ki, bu şəxs bütün həyatını bir-iki sualın cavabını tapmağa həsr edən adam olmamalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ