"Rusiya 3-cü Qarabağ müharibəsinə maraqlıdır"

15:37 04-07-2023 | icon 544 | Geopolitika
"Rusiya 3-cü Qarabağ müharibəsinə maraqlıdır"

"Azərbaycan son "Qisas" əməliyyatı ilə bir daha gücünü göstərmiş oldu"

 

Xəbər verildiyi kimi, Azərbaycan Ermənistanın ərazilərimizdə  yerləşdirdiyi qeyri-qanuni silahlı qüvvələrinin son təxribatına "Qisas-2" əməliyyatı ilə cavab verdi. Bu fakt Ermənistanın hansı üzünü açığa çıxartdı və Azərbaycan bundan sonra hansı addımları atmalıdır?

 

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən hüquqşünas Vüqar Dadaşov bildirib ki, Azərbaycanın keçirdiyi növbəti qisas əməliyyatı öz nəticələri ilə həm hərbi, siyasi-diplomatik müstəvidə və eləcə də informasiya mübarizəsi baxımından Azərbaycanın istək və maraqlarını daha da ciddi addımlarla təmin etməyə yaxşı imkan və şərait yaradır.

 

Onun sözlərinə görə, məhv edilmiş erməni əsgərlərinin cəsədlərinin BQXK-nin iştirakı ilə Laçın buraxılış məntəqəsindən keçirilərək Ermənistana aparılması, artıq Azərbaycan ərazisində Ermənistana məxsus qeyri-qanuni silahlı qüvvələrin olduğunu sübut edən təkzibedilməz faktdır:

 

“Həm də bu fakt təkrar-təkrar onu təsdiq edir ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıları Qarabağda öz məsuliyyət zonalarında Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinə himayədarlıq edir və konfliktin tam həllinə məqsədli şəkildə maneçilik törədirlər olsun ki, rusların bu istəyi barədə məlumat açıq bəlli olan həqiqətdir”.

 

V.Dadaşov qeyd edib ki, Rusiya indiki halda, xüsusən də Qərbin, ABŞ-ın vasitəçilik missiyasının daha da intensivləşdiyi vaxtda Ermənistanla Azərbaycan arasında və eləcə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında gərginliyin dərinləşməsində və eləcə də 3-cü Qarabağ  müharibəsinə olduqca maraqlıdır:

 

“Bundan sonra Azərbaycanın atacağı addım əlbəttə ki, proseslərin və danışıqların real nəticələrindən asılıdır. Ancaq bəllidir ki, Azərbaycan tərəfi qısamüddətli və nəticəli antiterror əməliyyatlarına üstünlük verir və məqsədinə çatmaq üçün genişmiqyaslı müharibəyə ehtiyac görmür. Amma bu variantı da ehtimallar sırasından tam çıxarmaq düzgün olmazdı”.

 

 

 

Politoloq Turan Rzayev Versus.az-a bildirib ki, Azərbaycan son "Qisas" əməliyyatı ilə bir daha gücünü göstərmiş oldu. Onun sözlərinə görə, "Qisas-2" əməliyyatı Azərbaycanın Ermənistana və Rusiya sülhməramlılarına xəbərdarlığı, əslində antiterror və erməniləri sülhəməcburetmə əməliyyatlarının ilkin anonsu idi.

 

Politoloq hesab edir ki, bundan sonra rəsmi İrəvan prosesləri uzadıb, danışıqlardan manipulyasiya etsə,  Azərbaycan tərəfi daha adekvat addımlar atıb, sərt mövqe göstərəcək:

 

"Azərbaycan heç bir halda müharibə istəmir. Amma məcbur qalacağımız təqdirdə müharibə vəziyyətindən çəkinmirik, antiterror əməliyyatlarına əl ata bilərik. O ki, qaldı həlak olan erməni hərbçilərinə, görünür ki, bunlar Ermənistan vətəndaşlarıdır və Laçın yolu vasitəsi ilə meyitlərin aparılması bir daha faktı təsdiq edir. Bu, Ermənistanın Brüssel, Vaşinqtonda götürdüyü öhtəliklərə, eyni zamanda üçtərəfli bəyanata, Nikol Paşinyanın parlamentdə çıxışı zamanı Azərbaycan respublikasının ərazi bütövlüyünə dair verdiyi açıqlamaların zidddir. Ermənistan tərəfi nə qədər Azərbaycan ərazilərində hərbçilərinin olmadığını qeyd etsə də, təxribatda məhv edilənlərin Ermənistan vətəndaşı olan hərbçilər olması bu çıxışın yalan, absurd olmasını göstərdi".

 

Son təxribatların Rusiya sülhməramlılarının icazəsi əsasında baş verdiyini qeyd edən politoloq bunu təxribatların rus kontingentinin olduğu ərzilərdə baş verməsi ilə əlaqələndirib.

 

T.Rzayev qeyd edib ki, Ermənistan təxribatlara davam edəcəyi təqdirdə rəsmi Bakı adekvat addımlar ata bilər:

 

“Burada ən yüksək ehtimal antiterror əməliyyatı öncəsi "Qisas-3 "əməliyyatının keçirilməsidir".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır