"Separatçı təhdidlər aradan qalxmasa..."

15:49 04-07-2023 | icon 422 | Geopolitika
"Separatçı təhdidlər aradan qalxmasa..."

Elşad Mirbəşir: “Azərbaycan təhlükəsizliyinə qarşı təhdidləri özü aradan qaldıracaq”

 

 “İstər Ermənistan ərazisində, istər Qarabağda qalan erməni separatçıları tərəfindən törədilən təxribatların arxasında  rəsmi İrəvan dayanır.  Ermənistan hər vəchlə sülh sazişini imzalamaqdan yayınır, təxribatlar törədir. Məqsəd, “Azərbaycan ərazisində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminata nail olmaq” bəhanəsi ilə dünyada Azərbaycanın aqressor obrazını formalaşdırmaqdır”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elşad Mirbəşir son erməni təxribatına cavab olaraq Azərbaycanın keçirdiyi “Qisas 2” əməliyyatı nəticəsində ortaya çıxan mühüm faktlarla bağlı bildirib.

 

Deputat bildirib ki, Paşinyanın manevr imkanları mövcud deyil. Eyni zamanda qeyd edib ki, Paşinyanı dəstəkləyən dairələr nə qədər manevrlər etsələr də Azərbaycana qarşı beynəlxalq siyasi mövqe formalaşdıra bilmədilər:

 

“Qərəzli müzakirələr aparıldı, Fransanın parlamentində sənəd qəbul edildi.  Amma bu, bütövlükdə Azərbayacanın mövqelərinə heç bir təsir göstərmədi. Ermənistan və havadarları yeganə alət kimi ortaya “Azərbaycan ərazilərində yaşayan ermənilərin gələcək hüquq və təhlükəsizliyi” məsələsini atır. Azərbaycanın bununla bağlı aydın mövqeyi var. Azərbaycan Qarabağdakı məsələni haqlı olaraq özünün daxili işi hesab edir və bunu kiminləsə müzakirə etmək fikrində deyil”.

 

E.Mirbəşir hesab edir ki, ermənilərin “hüquq və təhlükəsizliyi” məsələsi ətrafında müzakirələrin açılması məqsədli xarakter daşıyır. Bu da qeyd edildiyi kimi Azərbaycanla Ermənistan arasında sülh sazişini ləngitməkdən ibarətdir:

 

“Paşinyan indiki məğlub durumda  Azərbaycanla sülh sazişini imzalamaqdan çəkinir, çüni hakimiyəti itirəcək. Ermənistanda maraqlı qüvvələr var ki, onlar istəyir ki, Paşinyan hansısa bir sənədə imza atsın və ona qarşı üsyana başlasınlar.  Bu, Ermənistanın işğalçılıq siyasətinin daavamıdır və özünə vurduğu zərbələrdir və bu da onların öz problemləridir. Onlar üçün işğalçılığın acı nəticələrini göstərən tarixi dərs olmalıdır”.

 

Deputat bildirib ki, Ermənistan bu gün də öz silahlı qüvvələrindən istifadə etməklə separatçıları Azərbaycana qarşı təxribatlara sövq edir. Onun sözlərinə görə, məhv edilən təxribatçılar arasında iki Ermənistan silahlı qüvvələrinin hərbçisinin olması onu göstərir ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmək fikrində deyil:

 

“Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcək. Ermənistan əldə  olunmuş razılaşmaların heç birinə əməl etməyəcək, təcavüzkar xislətini saxlayacaq. Bu da bizə əlavə tədbirlər görmək üçün əsas verməlidir.  Ermənistan silahlı qüvvələrə aid 2 təcavüzkarın Azərbaycan ərazisində məhv edilməsi, Azərbaycanın haqlı ədalətli mövqelərini möhkəmləndirir. Ermənistanın dünya ictimaiyyətinə çatdırmaq istədiyi mövqelərini sarsıdır. Ermənistanın sülh istəyi, sadəcə olaraq Azərbaycan ərazilərində yaşayan ermənilərin həyatına görə narahatlıq ifadəsinin yanlışlığı açığa çıxdı. Bütün dünyanın gözü qarşıısnda Ermənistanın Azərbaycanda hərbi mövcudluğu sübut olundu. Ermənistan Azərbaycanı ittiham etmək imkanlarından məhrum olacaq. Azərbaycan güclü siyasi mövqelərə malikdir. Hərbi təxribatların davamlı olması Azərbaycanatəhlükəsizliyinə olan təhdidləri aradan qaldırmaq üçün əlavə əsaslar verəcək. Azərbaycan 30 il gözləmək fikrində deyil. Bunu Ermənistan və Avropadakı bəlli dairlər yaxşı dərk etməlidirlər. Separatçı təhdidlər aradan qalxmasa BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan təhlükəsizliyinə qarşı təhdidləri özü aradan qaldıracaq”.

 

Deputat bildirib ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh prosesini  dəstəklədiyini nümayiş etdirsə də, əslində Paşinyanın  indiki şərtlər daxilində sülh sazişinə imza atmasını istəmir:

 

“Ona görə də Azərbaycan məsələni öz bildiyi kimi həll etmək üçün adımlar ata bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır