“Magnum”dan möhtəşəm yay tədbiri

15:36 06-07-2023 | icon 455 | Şou-biznes
“Magnum”dan möhtəşəm yay tədbiri

Xalq artisti Aygün Kazımova özünün “Ya i tı” mahnısını yeni aranjimanda, “Ay və Gün” adı ilə “Magnum”un qapalı yay tədbirində ilk dəfə təqdim edib.

 

Tədbir “Magnum”un iki yeni dadı - “Sunlover” və “Starchaser” dondurmalarının konseptində keçirilib. Bu ikiqat yenilik bir-birinə zidd olan duallıq üzərində qurulub. Kokos parçaları və manqo sousunu özündə birləşdirən nəfis “Double Sunlover” enerji dolu günəş aşiqlərinə həsr olunub. Karamel və popkornlu “Double Starchaser” isə gecə əyləncələrindən həzz alanlar üçündür.

 

Tədbirə gələn qonaqlar da geyimlərini “Starchaser” və “Sunlover” konseptinə uyğun seçmişdilər. Gecənin əyləncə fəaliyyətlərinə isə fotozona, “face art” və tatu ustaları, hətta “Sunlover” və “Starchaser” kartları ilə qonaqların qəlbini oxuyan falçı da daxil idi.

 

“Unilever”in “Magnum” üzrə təmsilçilərinin çıxışından sonra gecənin əsas ulduzu Aygün Kazımova “Ay və Gün” mahnısını ilk dəfə qonaqlar üçün ifa etdi. Tədbirin birinci yarısında “Sunlover” libasında çıxış edən Aygün xanım gecənin ikinci yarısında səhnədə “Starchaser” geyimi ilə möhtəşəm performans göstərdi. Gecənin qonaqları arasından da ən yaxşı “Sunlover” və “Starchaser” geyimində olanlara hədiyyələr verildi.

 

Aygün Kazımova mahnının yeni versiyasından əlavə istedadlı DJ-lər tərəfindən üç remiksin hazırlandığını bildirdi. DJ TIM, Maya Aziz və Vugarixx öz tərzlərində hazırladıqları remikslərini möhtəşəm gecədə təqdim etdilər. 

 

Tədbirdə Aygün Kazımovanın “TikTok” səhifəsində keçirdiyi müsabiqənin qaliblərinə də hədiyyələr verildi. “Magnum-un səsi” müsabiqəsində iştirak edənlər Aygün Kazımovanın “Ay və Gün” mahnısını “TikTok”da “Magnum”un kağızı, çubuğu, hətta özü ilə müxtəlif səslər yaradaraq duet etməli idilər. Qaliblərin yaratdığı səslər hazırlanan remikslərdə istifadə olunub.

 

“Magnum” müxtəlif müsabiqələr keçirməyə davam edir. “Magnum”un “Instagram” səhifəsindəki filtrdə duallığın balansını tapın, “Starchaser” və “Sunlover” həzzini pulsuz yaşayın! Müsabiqə şərtləri ilə yaxından tanış olmaq üçün aşağıdakı linkə keçid edin: https://www.instagram.com/p/CuRrpiaqpgW/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı