“Brüssel danışıqlarında irəliləyiş olacaq, amma…”

16:11 14-07-2023 | icon 405 | Geopolitika
“Brüssel danışıqlarında irəliləyiş olacaq, amma…”

Qabil Hüseynli: "Ermənistana, havadarlarına və vasitəçi quruma daha bir xatırlatma və xəbərdarlıq notu..."

 

Rəsmi Bakı İrəvanla 5 baza prinsipi əsasında sülh müqaviləsi üzrə danışıqlar aparılması təklifinə sadiqliyini bir daha bəyan elədi.  Belə ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha danışıqların prinsipləri ilə bağlı qəti mövqeyini göstərdi, mesajlar verdi. Bu çıxış Brüsseldə nəzərdə tutulan danışıqlar öncəsi Azərbaycanın mövqeyinin açıq şəkildə bəyan edilməsi idi. Ermənistan Brüsselə hansı niyyətlə qatılacaq, nəhayət sülhə imza atıb, işğal siyasətinin əl çəkməsini sənədləşdirə biləcəkmi?

 

Politoloq Qabil Hüseynli Versus.az-a açıqlamasında Prezidentin son çıxışında səsləndirdiyi fikilərin danışıqlar öncəsi Ermənistana və vasitəçi olan quruma, eləcə də  havadarlarına daha bir xatırlatma və xəbərdarlıq notu olduğunu qeyd edib.

 

Q.Hüseynli bildirib ki, Azərbaycanın öz torpaqlarında işğala məruz qoyulduğunu və Ermənistanın 44 günlük savaşda məğlub olub,  üçtərəfli sazişlə Qarabağdan çıxarmalı olduğu halda hələ də bölgədə qalır. Kapitulyasiyaya imza atan ermənilər öhtəliklərini yerinə yetirmədiyi halda bu gün hansısa dövlətləri ölkəmizi təhdid altında saxlamağa təşviq edir. Eləcə də öz ərazisində başqa bir ölkə ilə sərhəd buraxılış məntəqəsini qurması ilə təzyiqlərə  məruz qoyur. Eləcə də bu günlərdə Qırmızı Xaç Cəmiyyətinin humanitar adı ilə ermənilərə silah  daşıyıb, qaçaqmalçılıq etməsi və sair hallar prezidentin son çıxışında yer alan mesajların yerində olduğunu bəyan edir.

 

Politoloq hesab edir ki, növbəti Brüssel danışıqlarında irəliləyiş olacaq, amma sülh müqaviləsinin bağlanmasından danışmaq tezdir.

 

O, bunu Ermənistanın proseslərdə destruktiv rol oynaması ilə əlaqələndirib.

 

Qərb, Avropadan məsələ ilə bağlı müşahidə olunan ikilistandartlı yanaşmaların müxtəlif istiqamətlərdə özünü açı biruzə verdiyini qeyd edən Q.Hüseynli hətta sonrakı mərhələdə İspaniyanın Qrenada şəhərində keçiriləcək  Avropa Siyasi Birliyinin zirvə toplantısında da bu prosesin başa çatmasını qeyri-real sayıb.

 

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır