Bu gün MİQ üzrə sonuncu imtahandır

07:30 15-07-2023 | icon 303 | Təhsil
Bu gün MİQ üzrə sonuncu imtahandır

Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

 

Versus.Az xəbər verir ki, imtahanlara texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə namizədlər dəvət olunub.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.

 

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

 

Xatırladaq ki, riyaziyyat fənni üzrə 4 400, fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd, tarix və coğrafiya fənləri üzrə 6 353, informatika, fizika və fransız dili fənləri üzrə 6 627, ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255, Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd imtahanlarda iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ