“Qırmızı Xaç Cəmiyyətinə qadağa qoyulmalıdır”

15:49 02-07-2023 | icon 181 | Geopolitika
 
 “Qırmızı Xaç Cəmiyyətinə qadağa qoyulmalıdır”

 

 

 

Beynəlxalq Qırmızı Xac Cəmiyyətinin Qarabagda qacaqmalçılıq fəalyyəti ilə məşgul olub bunu biznesə çevirməsi ilə bağlı faktlar ortaya çıxıb. BQXC-nin öz statusundan belə bir formada sui-istifadənin arxasında hansı maraqlar dayanır.Bu cür addımlar nəyə nəyə xidmət edir, Azərbaycanın atacağı addımlar nə olmalıdır?

 

 

“Azərbaycan qəti şəkildə bu təşkilatın qeyri- qanuni fəaliyyətini beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə çatdırmalıdır”

 

Fazil Mustafa VERSUS.AZ-A  bildirib ki, Qırmızı Xaç Cəmiyyətinin (QXC) Qarabağda göstərdiyi fəaliyyətin ifşa olunması olduqca vacib məsələdir. Deputat QXC-nin dəfələrlə ermənilərə müəyyən loqistik dəstək verməsi, silah-sursat daşıma, onların kəşfiyyat xidmətinin göstərilməsi ilə siqnalların daxil olduğunu qeyd edərək, bunu üzücü hal kimi qiymətləndirib.

 

F.Mustafa bildirib ki, Azərbaycan tərəfi QXC-nin fəaliyyətini sənədləşdirib.

 

“Bu qurum öz funksiyasımdan kənara çıxmamalıdır. Bu qurumun təmsilçiləri içərisində ermənilərə dəstək verən müəyyən dərəcədə onlara simpatiya bəsləyən  şəxslər olsa da, ən azı bunu biruzə verməməli idilər. Bu təşkilat ən azı beynəlxalq hüququn tələbinə uyğun davranmalıdır”.

 

Deputat hesab edir ki, Azərbaycan qəti şəkildə bu təşkilatın qeyri- qanuni fəaliyyətini beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə çatdırmalı, bu tip fəaliyyətinə qarşı müəyyən məhdudiyyətləri təmin etməlidir. Əks halda, QXC-nin vasitəçiliyi ilə burda terrorçu fəaliyyətini daha da genişləndirə bilərlər.  Ona görə də F.Mustafa hesab edir ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini müəyyən dərəcədə izah etməlidir. Çünki sonradan bizi “beynəlxalq cəmiyyətin fəaliyyətinə mane olurlar”, yaxud “yolumuzu bağlayırlar”-deyə yalan təbliğat apara bilərlər.

 

Hikmət Babaoğlu Versus.az-a bildirib ki, Beynəlxalq Qlrmızı Xaç Cəmiyyəti özünün  nizamnamə və prinsiplərində nəzərdə tutulduğu kimi  humanitar deyil, anti- humanitar fəaliyyət göstərir.

 

“Ona görə ki,  QXC beynəlxalq hüququ, Azərbaycan qanunlarını pozur. Belə olan halda bu təşkilatı necə humanitar təşkilat adlandırmaq olar?  Bir təşkilat humanitar adı altında qaçaqmalçılıqla məşğul olursa, başqa ölkəyə qeyri -qanuni qadağan olunmuş əşyalar daşıyırsa,  bir ölkənin sərhəd suverenliyini pozaraq onun ərazisinə daxil olursa ona nə beynəlxalq təşkilat demək olar,  nə də onun fəaliiyətini humanitar adlandırmaq olar. Ona görə də dərhal o təşkilatın nümayəndələrinə öz başına Azərvaycan ərazinə daxil olmasına qadağa qoyulmalıdır. Əgər bu gün qaçaqmalçılıq edursə, kimin təminat verir ki, sabah ölkəmizə terrorçu vasitələr, xüsusi xidmət orqanlarının nümayıəndələrini daşımayacaqlar”.

 

Deputat xatırladıb ki, Azərbaycan bir müddət əvvəl bəyan etmişdi ki, Qırmızı Xaç Cəmiyyəti Azərbaycan ərazilərindəki ermənilərə Bakı ofisi vasitəsi yardım etməsini təklif edib. 

“O zaman bundan imtina etmələrinin səbəbi indi bəlli oldu. Demək onların fəaliyyəti antihümanitar, anti sülh fəaliyyətidir. Əgər Qırmızı Xaç Cəmiyyəti humanitar işlərlə məşğul olmaq istəyirsə buyurub Bakı ofisi vasitəsu ilə fəaliyyət göstərsin. Əks təqdirdə fəaliyyəti qadağan edilməlidir”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır