15 qadınla evli olan hindistanlını acgözlüyü

06:43 25-07-2023 | icon 262 | Maraqlı
15 qadınla evli olan hindistanlını acgözlüyü

Onu Tamakura rayonunda tapıb və həbs ediblər

 

Hindistanın Karnataka ştatının Banqalor şəhərində polis özünü həkim kimi təqdim edərək yaxşı təhsilli və uğurlu karyerası olan 15 qadınla gizli şəkildə evlənən kişini həbs edib.

 

Bildirilir ki, Maysor şəhərindən olan 35 yaşlı Maheş K.B.Nayakın qeyri-qanuni fəaliyyətinin üstü 2023-cü ilin əvvəlində ailə qurduğu qadının şikayətindən sonra açılıb. Belə ki, proqram mühəndisi olan qadın ərinə klinika açmaq üçün pul verməməsindən sonra kişi onun qızıl-zinət əşyalarını və nağd pulunu götürərək qaçıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hindistanlı üçün axtarış təşkil edib, onu Tamakura rayonunda tapıb və həbs ediblər.

 

Bu zaman məlum olub ki, fırıldaqçı 2014-cü ildən bəri azı 15 qadınla evlənib. Onlardan dördündən uşaqları da var.

 

Bildirilir ki, hindistanlı yeni arvadlarını tanışlıq saytları vasitəsilə tapıb, burada özünü mühəndis və ya həkim kimi qələmə verib. Nyak özünün həkim olduğu iddialarını dəstəkləmək üçün hətta Tumkur şəhərində uydurma klinika da yaradıb.

 

O da vurğulanır ki, əslində kişinin qurbanı daha çox ola bilərdi, ancaq ingilis dilini yaxşı bilməməsi ona mane olub. Polisin dediyinə görə, kişinin dil bilməməsi bir çox qadınlar üçün “qırmızı bayraq” rolunu oynayıb və onları cinayətkarın əlindən xilas edib.

 

Polisin məlumatına görə, Nyakın digər arvadları aldadıldıqlarını başa düşsələr də, ictimaiyyətin qınağından qorxaraq şikayət etməyiblər.

 

Xatırladaq ki, bundan əvvəl hindistanlı qadının 27 kişi ilə evlənərək, onları aldatdığı barədə xəbər vermişdik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Həftəsonu qitənin yaşıl meydanlarında FUTBOL HƏYƏCANI