Park Cinema onların valideynlərini də dəvət edir

18:08 03-08-2023 | icon 611 | Film
Park Cinema onların valideynlərini də dəvət edir

Park Cinema gənc tamaşaçıları və onların valideynlərini 12 avqust saat 12:00-da, Park Bulvarda yerləşən Park Cinema Kids Hall zalında keçiriləcək “Xəzər dənizinin quldurları” adlı əyləncəli uşaq tamaşasına dəvət edir.

 

Versus.Az xəbər verir ki, “Xəzər dənizinin quldurları” - igid piratlar və Xəzərin altında gizlənən xəzinənin axtarışına çıxarkən, onların qarşılaşdıqları inanılmaz sərgüzəştlər haqqında bəhs edən əyləncəli macəradır.

 

Baş qəhrəmanlar müxtəlif sınaq və təhlükələrlə qarşılaşır, eyni zamanda, hər kəsin sevdiyi məşhur cizgi filmləri və nağılların qəhrəmanları ilə görüşürlər. Onlarla birlikdə uşaqlar əyləncəli dəniz macərasına qatılacaqlar.

 

Bu unudulmaz səyahət balacalara dostluğun nə qədər önəmli olduğunu, cəsur və köməkçil olmağı öyrədir, onlara xoş hisslər və xatirələr bəxş edir.

 

“Xəzər dənizinin quldurları” həm gənc, həm də böyük tamaşaçıları heyran edəcək təsirli vizual effektləri və möhtəşəm musiqi müşayiəti ilə ən xırda detallara qədər düşünülmüş unikal bir tamaşadır.

 

Tamaşa 4+ yaşında uşaqlar üçün eyni zamanda azərbaycan və rus dillərində nümaiş olunacaq.

 

Biletləri Park Cinema vebsaytından və kinoteatrın kassalarından əldə etmək olar.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ