Klubumuz qeyri-adi səbəbə görə cərimələndi

14:10 09-08-2023 | icon 263 | İdman
Klubumuz qeyri-adi səbəbə görə cərimələndi

“Araz-Naxçıvan” futbolçusunun adının düzgün yazılmamasına görə AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.

 

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Premyer Liqanın I turunda, “Turan Tovuz”la görüşdə Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edilməsi naxçıvanlıları 800 manat ziyana salıb.

 

“Səbail”lə səfər görüşündə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Sumqayıt”ın 1500 manat cərimələnməsinə səbəb olub.

 

Bundan başqa, “Neftçi” ilə Gəncədəki qarşılaşmada yerli azarkeşlər tərəfindən meydana kənar əşya atılması “Kəpəz”in 800 manat cərimələnməsi ilə nəticələnib. Matç bitdikdən sonra meydana kənar şəxslər daxil olduğundan, “Kəpəz” daha 800 manat cəriməyə məruz qalıb.

 

“Sabah” - “Qəbələ” görüşündə isə oyun günü planının tələbləri pozulduğuna görə meydan sahibi komanda 1000 manat ziyana düşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Jurnalistlərə psixoloji təlim keçirilib

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Daha 140 nəfər Füzuliyə qayıdır