Gülməli soyğunçuluq hadisəsi

10:55 16-08-2023 | icon 395 | Maraqlı
Gülməli soyğunçuluq hadisəsi

Avstriyada mağazadan oğurluq etmək istəyən şəxs silahı kassirə doğru yönəldib və pul tələb edib.

 

Lakin qadın sakit tərzdə soyğunçuya onun çox gec gəldiyini deyib. Kassir qadın bildirib ki, avtomat kassa bir saat əvvəl bağlanıb və onu açmaq fiziki cəhətdən mümkün deyil.

 

Bunu mağaza müdiri də təsdiqləyib. “Bağışlayın, bir saat tez gəlməli idiniz. Çox təəssüf edirəm”, - deyə müdir qeyd edib.

 

Cinayətkar mübahisə etməyib, sakitcə silahı yerə qoyub və çıxıb gedib.

 

Bir müddət sonra o yenə də qayıdıb. “Dəqiq kassanı heç cür açmaq mümkün deyil?”, - deyə oğru bir daha nəzakətlə soruşub. O, yenə eyni cavabı alıb, kədərlənib və gedib (bu dəfə birdəfəlik).

 

Hazırda uğursuz soyğunçu polis tərəfindən axtarılır.

 

Ertəsi gün naməlum şəxs həmin rayondakı yanacaqdoldurma məntəqəsini qarət edib. Onun eyni “bəxtsiz” maskalı cinayətkar olduğu ehtimal edilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ