II Liqa klublarının rəhbərləri ilə GÖRÜŞ

17:29 17-08-2023 | icon 252 | İdman
II Liqa klublarının rəhbərləri ilə GÖRÜŞ

AFFA-nın inzibati binasında II Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.

 

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

Bildirilib ki, klub rəsmiləri ilə müzakirələrdə PFL-in İdarə Heyəti - prezident Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev iştirak ediblər.

 

Əvvəlcə AFFA İcraiyyə Komitəsinin son qərarı ilə II Liqada oynamaq hüququ verilən “Dinamo” (Bakı) və “Şahdağ Qusar” komandaları rəsmilərinin simasında iştirakçılara təqdim olunub.

 

Gündəlikdə bir sıra məsələlərə toxunulub. Buraya, əsasən, idman prinsipləri, liqada oynayacaq peşəkar və həvəskar statuslu futbolçular haqqında məlumatlar, transfer qaydaları, qeydiyyat, sifariş qaydaları, infrastruktur məsələləri və stadionların yekun təftişi ilə bağlı müzakirələr daxil olub. Bununla yanaşı, Region Liqası, aşağı yaş qrupları və II Liqa klublarında çıxış edən futbolçularla bağlı idman prinsiplərinin qorunmasının önəmi diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, 2023/24 mövsümündə “Adidas” şirkəti ilə imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, son texnologiyalara uyğun olaraq hazırlanmış “Adidas Tiro” toplarından istifadə olunacaq. Peşəkar Futbol Liqası II Liqa klublarının maddi durumunu nəzərə alaraq, hər kluba 20 ədəd top hədiyyə edib. Ardından klub rəsmilərini maraqlandıran suallar cavablandırılıb.

 

Görüşün ikinci hissəsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər. Onlar lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər. Ümumilikdə dörd saatdan çox davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ