Koronavirusun yeni ştamları - TƏHLÜKƏLİDİR

08:31 24-08-2023 | icon 262 | Sağlamlıq
Koronavirusun yeni ştamları - TƏHLÜKƏLİDİR

Dünyada koronavirusun yeni alt variantları sürətlə yayılmağa başlayıb.

 

İyulun 17-dən avqustun 13-dək koronavirusa 1,4 milyon yoluxma halı qeydə alınıb.

 

Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.

 

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Vasif Əliyev bildirib ki, koronavirusun yeni ştamları immunitetdən yayındığı üçün təhlükəli sayılır. Onun sözlərinə görə, hazırda qoşu ölkələrdə “Omikron” ştamının alt variantlarına yoluxma hallarına rast gəlinir.

 

İnfeksionist bildirib ki, “EG.5”lə yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir. Amma yoluxma halları artsa da, xəstəxanalara müraciətlərin sayı hələ ki, qorxulu həddə deyil.

 

Vasif Əliyev əlavə edib ki, bu növlərin Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, ölkəmizdə də gələcəkdə aşkarlanma ehtimalı istisna deyil. Həkim vətəndaşları gigiyenik qaydalara əməl etməyə çağırıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ